Nida Təhlil
Onlar Ermənistanı buna məcbur etməlidir - Şərh
“Brüsseldə keçiriləcək görüşdə bizim maraqlarımıza zidd olan qərar qəbul oluna bilməz. Biz bu görüş vasitəsilə öz qələbəmizi bütün Avropaya nümayiş etdiririk. Azərbaycan bu cür addımlar atmaqla sülh danışıqlarına hazır olduğunu göstərir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloq qeyd edib ki, Soçi görüşündə bəzi məsələlər şifahi də olsa, öz həllini tapıb: “Yəni demarkasiya və delimitasiya işlərində şifahi razılığa gəlinmişdi. Ancaq bu məsələlər yenidən Brüssel görüşündə müzakirə predmetinə çevrilməlidir. Yəni bu görüşdə bizi narahat edən mövzular müzakirə olunmalıdır. Avropa İttifaqının hər hansısa bir vasitəçi statusu yoxdur və buna görə də görüşdə qeyri-adi qərar alına bilməz”.
F.Sadıqov vurğulayıb ki, Avropa İttifaqı özünü vasitəçi kimi nümayiş etdirmək istəyir: “Əgər onlar bölgədə sülhün yaranmasında maraqlıdırsa, Ermənistana müəyyən təzyiqlər göstərməlidir. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra geosiyasi vəziyyəti dəyişib. Biz öz torpaqlarımızı azad etdikdən sonra bölgədə yeni bir reallıq yaratmışıq. Brüssel görüşündə bəzi mənasız məsələlər gündəmə gətirilsə, heç bir nəticə əldə olunmayacaq. Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Onlar sərhədin dəqiqləşdirilməsi prosesini əngəlləməyə çalışırlar. Bölgədə sülhün yaranmasını istəyən qüvvələr bu mövzularda Ermənistanı konstruktiv addım atmağa məcbur etməlidir. Şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə bütün bu məsələlərə diqqət yetirəcək. Brüssel görüşündə hər iki dövlətə müəyyən təkliflər irəli sürüləcək”.
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
