Nida Təhlil
Vətəndaşlar daim diqqət mərkəzindədir - Deputat
“Azərbaycan dövləti vaxtaşırı sosial cəhətdən həssas olan qrupların gəlirlərinin artması üçün ciddi addımlar atır. Bu istiqamətdə Prezident İlham Əliyevin ötən gün həmin qrupların gəlirlərinin artırılması ilə bağlı sərəncam imzalaması çoxsayda insanı əhatə edir”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, bu sosial qayğı tək həmin insanları deyil onların ailələrinə də aiddir: “Əslində qəbul olunan bu qərar gözlənilən idi. 2022-ci ildə Azərbaycan büdcəsi rekord həcmdə 30 milyard manata qalxıb. Gələn gəlirlərin də əsas hissəsi sosial ödənişlərə yönəldilib. Bu, təhsil işçilərinin gəlirlərinin, tələbələrin və doktorantların təqaudlərinin artırılması onlara böyük dəstəkdir”.
A.Mirzəzadə vurğulayıb ki, sosial ödənişlər haqqında hələ çox işlər görülməlidir: “İndidən bu məsələ barəsində addımların atıldığı görülür. Dövlət vətəndaşların problemlərinə diqqət göstərir. Azərbaycan 30 ildən sonra öz torpaqlarını işğaldan azad edib. Ancaq Ermənistan işğaldan sonra tamamilə dağıdılmış ərazilər və minalanmış sahələr qoyub gedib. Minaların təmizlənməsi, infrastrukturun bərpası, evlərin yenidən qurulması vəasit tələb edir. Dövlət bir tərəfdən həmin bu məsələləri, eyni zamanda, cəmiyyətin sosial problemlərini həll etməyə çalışır. Sosial qayğıya ehtiyacı olan təbəqələrin də müavinətlərinin artırılması təqdirəlayiqdir. Eyni zamanda, beş və bundan daha çox uşağa görə ödənişlərin artırılması da diqqət çəkən məqamlardan biri oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda 2600 belə ailə yaşayır. Bu ailələrdə on mindən çox uşaq böyüyür. Yəni həmin ailələrində ödənişlərinin artırılması gözəl hadisədir”.
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
