Nida Təhlil
Sankt-Peterburqda bu məsələlər müzakirə olunacaq - Açıqlama
“Bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutacaq. Düşünürəm ki, sammitdə ilk növbədə ilin yekunları müzakirə olunacaq. Gündəmdə miqrasiya, təhlükəsizlik, bir sıra münaqişələrin həlli məsələləri də aktuallaşacaq”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, sammit çərçivəsində Azərbaycan-Ermənistan rəhbərlərinin görüşü də istisna deyil: “Bu sammitdə bir sıra məsələlərin müzakirə olunması düşünürəm ki, tam məqsədəuyğun olardı. Azərbaycan-Ermənistan rəhbərlərinin görüşü baş tutsa, Brüssel görüşünün nəticələri də müzakirə olunacaq. Çünki regionda həll olunmayan məsələlər çoxdur. Ermənistan rəhbərliyi tərəfindən bir sıra bəyanatlar səslənir. Bu bəyanatların nə dərəcədə uyğun olması bizi maraqlandırır. Bundan irəli gələn vəzifələri birgə yerinə yetirməliyik və ilk növbədə Ermənistanın sərhədlərlə bağlı delimitasiya məsələləri, sülh sazişinin imzalanması nəhayət icra olunmalıdır. Biz sadəcə olaraq bu yolda bütün diplomatik səylərimizi istifadə edəcəyik və hazırda edirik də”.
Politoloq hesab edir ki, bu görüşdə sülh sazişinin imzalanması gözlənilmir: “Bu, gələcəyin məsələsidir. Burada bir sıra məsələlər, ilk növbədə sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri həllini tapmalıdır. Sülh sazişi ayrıca bir görüşdə müzakirə olunub imzalana bilər. Ona görə də MDB dövlət başçılarının görüşündə belə bir sazişin planlaşdırıldığını düşünmürəm.
Normallaşma ilə bağlı da hansısa planın qurulub-qurulmayacağını bilmirəm. Amma hər halda bu məsələlər əlbəttə ki, müzakirə olunacaq. Çünki biz İrəvandan bir sıra bəyanatlar eşidirik. Nikol Paşinyanın çıxışlarında da müsbət bəyanatlar Ermənistan ictimaiyyətini bürüyüb və bu, qeyri-adi şəkildə qəbul olunur”.
Rahib Ələsgərov
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


