Nida Təhlil
Azərbaycan xalqı dünyaya sübut etdi ki, Şuşanın əsl sahibi bizik - Deputat
"2022-ci ilin Şuşa ili adlandırılması milyonlarla azərbaycanlının ürəyindən gələn bir istək idi. Azərbaycan xalqı bu qərarı birmənalı şəkildə dəstəklədi və bu qərar hər kəsin ürəyincə oldu".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, 2022-ci ilin Şuşa ili adlandırılması siyasi və mədəni cəhətdən böyük əhəmiyyət kəsb edir: "Bu qərarın qəbul edilməsi yuxularında Şuşanı, Hadrutu qaytarmaq istəyən revanşist qüvvələrə bir cavab idi. Çünki Qarabağ klanının terrorçu üzvləri son zamanlar həmin ərazilərin qaytarılması ilə bağlı tez-tez sərsəm bəyanatlar səsləndirirdilər. Prezident İlham Əliyev isə bu addımı ili həmin dəstələrə çox gözəl cavab verdi".
N.Məhəməliyev vurğulayıb ki, Azərbaycan xalqı dünyaya sübut edir ki, Şuşanın əsl sahibi bizik: "Artıq bütün dünya Şuşanın Azərbaycan torpağı olduğunu qəbul edib. Hər kəs Şuşanın hansı sürətlə bərpa olunduğunun şahididir. İl ərzində orada keçiriləcək tədbirlər və aparılan quruculuq işləri bütün dünyaya göstəriləcək. Nəticə etibarı ilə bu hadisələrin siyasi və mədəni əhəmiyyəti böyükdür. Hər il Prezident tərəfindən Azərbaycanın tanınmış şəxslərinin və əlamətdar hadisələrin adları qeyd olunur. Nizami ilinin qeyd olunmasını buna misal kimi çəkmək olar. Dünyanın bir çox ölkələrində Nizami Gəncəvinin təbliğatı aparılmışdır. Bu cür təbliğatlar Azərbaycanın imicinə xeyir verir və onun dövlətçilik ənənələrinin dərin olmasını göstərir. Şuşa isə bizim üçün tamamilə fərqlidir. Oranın mədəni və mənəvi əhəmiyyəti Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Şuşa təsadüfən türk dünyasının mədəniyyət mərkəzi seçilməyib. Ancaq biz nəzərə almalıyıq ki, bu ilin Şuşa ilə bağlı olmasının siyasi bağlılığı da çoxdur. Digər rayonlardan fərqli olaraq Şuşa keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin tərkibində yerləşirdi. Ona görə də ermənilər oranın adını dəyişməklə guya Şuşanın onların şəhəri olmasını göstərmək istəyirdilər. Bu baxımdan,2022-ci ilin Şuşa ili elan olunması məqsədəuyğun idi. Gələcəkdə bütövlükdə Qarabağ ili ola bilər".
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
