Nida Təhlil
Şuşa ilinin elan olunması bütün dünyaya bir mesaj idi -Deputat
"Azərbaycan Prezidenti İlham Əliyev 31 dekabr tarixində xalqımıza müraciət edərkən 2022-ci ili Şuşa ili elan etdi. Prezidentin bu qərarı dünya azərbaycanlıları tərəfindən çox yüksək dəyərləndirildi".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Şuşa şəhərinin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyəti var: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində Şuşa 28 il ərzində işğala məruz qalmışdı. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuz torpaqlarımızı işğaldan azad edib. Şuşa işğaldan azad olunarkən ölkə Prezidenti Şəhidlər xiyabnını ziyarət etdi. Azərbaycan xalqına Şuşanın azad olunması müjdəsini verərkən İlham Əliyev bir sıra məqamlara toxunmuşdu".
C.Osmanov vurğulayıb ki, Şuşa ilinin elan olunması bütün dünyaya bir mesaj idi: "Ərazilərimizin hər bir qarışı bizim üçün doğmadır. Şuşa şəhəri həm tarixi, həm də mədəni olaraq bizim üçün çox önəmlidir. Bu ərazinin mədəniyyət paytaxtı elan olunması da verilən dəyərin göstəricisidir. Şuşa Azərbaycan üçün strateji bir əhəmiyyət daşıyır. Hər zaman deyilir ki, Şuşaya kim nəzarət edirsə, Qarabağa da o nəzarət edir. Şuşa ilinin elan olunması bir daha göstərir ki, bu torpaqların əsl sahibi bizlərik. Şuşada və bütün Qarabağda bərpa işləri davam etdirilir. 2021-ci ildə tarixi-mədəni və dini abidələrimizin bərpa olunması üçün xüsusi işlər aparılıb. Görünür 2022-ci ildə Şuşa şəhərində çox mühüm tədbirlər keçiriləcək. 2021-ci ildə Birinci Vitse Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu tərəfindən Xarı Bülbül festivalı keçirildi və bu hadisə Azərbaycanın bu qədər multikultural bir ölkə olduğunu göstərdi. Artıq Şuşa ilində bu cür festivalların sayı artacaq. Eyni zamanda böyük yenidənqurma işləri də sürətlə davam edəcək".
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
