Nida Təhlil
Erməni qoşunların çıxarılması gündəmdə - Qarabağda PROSES BAŞLADI
Baş Qərargah rəisi Kərim Vəliyevin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimlə erməni qoşunların Azərbaycan torpaqlarından çıxarılması məsələsini müzakirə etməsi Qarabağda müəyyən proseslərin başladığını təsdiqləyir.
Əsas diqqətçəkən məqam 10 noyabr razılaşmasının 4-cü bəndinin Qarabağdakı sülhməramlıların komandanı ilə yox, daha yüksək səviyyədə müzakirə edilməsidir və bu, iki mümkün versiyanı gündəmə gətirib.
Birincisi, Azərbaycan Rusiyaya sülhməramlıların icra etməli olduğu, amma etmədiyi 4-cü bəndin həyata keçirilməsi məqsədilə anti-terror əməliyyatına başlaya biləcəyini çatdırıb və Rusiya hərbi rəhbərliyi məsələnin masada həlli üçün Bakıya nümayəndə heyəti göndərib;
İkincisi, Bakı və Moskva erməni qoşunların çıxarılması məsələsində indi həmfikirdir - Rusiya-Qərb qarşıdurması fonunda Kremlin Cənubi Qafqazda mövqelərini qorumaq üçün razılaşmların icrasını sürətləndirməsi gözləniləndir -, lakin Qarabağdakı erməni qoşunlar tabesizlik göstərir və Azərbaycanla Rusiya rəhbərliyi bu məsələdə atıla biləcək addımları müzakirə edirlər; 4-cü bəndin icra edilməməsi sərhəd və kommunikasiyanın açılması razılaşmalarının da önünün kəsir, bu baxımdan, Moskvanın irəliləyişə nail olmaq istəyində olduğu istisna deyil;
Hər iki halda erməni qoşunların çıxarılmasının müharibədən sonra ilk dəfə bu qədər aktuallaşdığı bəllidir və rəsmi Bakı məsələnin praktiki mərhələyə keçməsində israrlıdır.
Rusiya tərəfi erməni qoşunların çıxarılması ilə bağlı konkret qrafik təqdim etməlidir. 10 noyabr razılaşmasında 4-cü bəndin icrası sülhməramlıların bölgəyə yerləşməsinə paralel həyata keçirilməli idi, lakin 1 ildən artıq vaxt keçməsinə rəğmən heç bir irəliləyiş olmayıb. İndi dəqiq tarix müəyyən edilməli və proses həyata keçirilməlidir. Mümkündür ki, rəsmi Bakının müzakirədə əsas tələbi də bununla bağlı olub, əks təqdirdə, problemi Azərbaycan özü həll etməli olacaq.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı






.jpg)




























.jpg)
.jpg)
