Nida Təhlil
Heydər Əliyev Azərbaycanın firavan gələcəyini necə təmin etdi?
“Əsrin müqaviləsi”: Heydər Əliyevin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan və gələcəyini dəyişdirən strategiyalarından biri də bu idi.
1994-cü ilin 20 sentyabr tarixində Azərbaycanın iqtisadi müstəqilliyinin qazanıldığı, daha sonra siyasi gücünü artıracaq müqavilə imzalandı və bu, milli neft strategiyasının əsası idi.
90-cı illərin ağır günləri, ərazilərin işğalı, ölkənin varlığı üçün mövcud iqtidarın daxilində baş verən intriqalardan doğan təhlükələr müstəqilliyin bərpası ilə yenicə cücərən ümidləri puça çıxarmışdı. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcı oldu. Azərbaycanı labüd fəlakətdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.
“Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı Prezident İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.
Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi mənzərədə tənəzzül görüntülərini inkişafla əvəz etdi. Bu mənzərənin görüntüsünü dəyişənsə Ümumilli lider Heydər Əliyev oldu. Müharibədən yenicə çıxmış Azərbaycanın siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalanan bu sənəd həm də ölkəmizi dünyaya tanıdan ilk addım idi. Beləliklə, hər bir dövlət üçün vacib olan milli iqtisadiyyatın əsası Azərbaycanda da qoyuldu.
İqtisadi nəzəriyyəyə görə, milli iqtisadiyyat və milli bazar müəyyən bir xalqa, millətə məxsus olub onun mənafelərini ifadə edən, hüdudları dövlət sərhədləri ilə məhdudlaşan, özünün maddi-texniki əsası olan münasibətlər sistemidir. Təsərrüfat mexanizmi və idarəetmə strukturları ilə birlikdə sosial-iqtisadi orqanizm olan dövlət üçünsə milli iqtisadiyyatın yaranması öz sərhədləri çərçivəsində tanınması qədər önəmli məsələlərdəndir. Hər bir ölkənin milli iqtisadiyyatı ümumdünya iqtisadiyyatının bir hissəsini təşkil etdiyi üçün bununla da Azərbaycan bir müstəqil dövlət kimi, dünyada tanınaraq, onun ayrılmaz bir hissəsinə çevrildi. Buna da məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə nail olundu.
Azərbaycan üçün həyati əhəmiyyət daşıyan “Əsrin müqaviləsi”ndən sonra yeni daşınma kəmərlərinin çəkilməsilə bu prosesi davam etdirmək vacib idi. Çünki ilkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib. Beləliklə, “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı.
Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi: 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı; 1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı;
2002-ci ildə Ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu;
“Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin böyüməsini təmin etdi.
Heydər Əliyev 30 il öncə Azərbaycanın bugünkü iqtisadi inkişafının, sosial rifahının, eyni zamanda siyasi müstəqilliyinin təməlini atdı.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO