Nida Təhlil
Əliyevdən “ya razılaşmanın icrası, ya da heç nə” MESAJI
Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda çıxışı postmünaqişə dövrü və Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətdə gedən proseslərə də toxundu. Və mühüm mesajlar verdi.
Azərbaycan lideri bölgədə bütün məsələlərin həlli üçün vacib məqamları açıqladı: üçtərəfli bəyanatın bütün müddəaları icra edilməlidir; Zəngəzur dəhlizinin açılması tələbi yerinə yetirilməlidir;
Və bunları sülh və sabitliyin təmin olunmasının təməl sütunu adlandırdı, bu tələblərin icra olunmadığı təqdirdə digər məsələlərin öz həllini tapmayacağını vurğuladı. Prezidentin bu mesajı təsadüfi deyil, xüsusilə Rusiya və Ermənistanın sərgilədiyi mövqe fonunda.
- Moskvanın əsas hədəfi kommunikasiyanın açılması, Ermənistan da daxil olmaqla bütün regionun iqtisadi əlaqələr üzərindən inteqrasiyasına nail olmaqdır: Rusiya buna tələsir və bu vəziyyət üçtərəfli bəyanatın digər müddəalarının icra edilməsini arxa plana keçməsi riski yaradır;
- İrəvan da iqtisadi dividentlər əldə etmək baxımından kommunikasiyanın bərpasında maraqlıdır, lakin üçtərəfli razılaşmanın 4-cü bəndinin – erməni qoşunların Azərbayca ərazisindən çıxarılmasını icra etmir, o cümlədən, Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılmasını, yəni gömrük-keçid məntəqəsi qurulmasını istəyir;
İlham Əliyev hər iki ölkəyə, həmçinin, Brüssel də daxil olmaqla bölgədəki bütün tərəflərə mesaj verir ki:
- Hər kəsin maraqlarının təmin edilməsi üçtərəfli razılaşmanın bütün bəndlərinin icrasından asılıdır: bura erməni qoşunların Azərbaycan ərazisindən çıxarılması da daxildir;
- Zəngəzur dəhlizi üçtərəfli razılaşmada qeyd olunduğu kimi “maneəsiz keçid” prinsipi ilə açılmalıdır;
Əks təqdirdə, digər məsələlər – iqtisadi əlaqələr də daxil olmaqla bütün tərəflərin marağında olan məsələlərin icrası baş tutmayacaq. Azərbaycan lideri bununla prinsipial mövqe ortaya qoyur.
Buna paralel olaraq, Qarabağ münaqişəsinin həllinin sabit, dayanıqlı və inkişaf regionunun yaradılması üçün unikal imkanlar yaradıb, Azərbaycanın da əsas istəyi budur. Lakin hər şey razılaşmalara uyğun addımların atılmasından asılıdır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)





























.jpg)
.jpg)
