Nida Təhlil
Bu qan İrəvanda və digər tarixi torpaqlardakı MƏŞƏLLƏRİ də YANDIRACAQ - Derya Akdemir
“Müqavimət, hücum, sonda Qələbə ilə bitən böyük mübarizə. Bu gün Qələbəmizin 100 illiyidir. O qan həmişə eyni qandır. Avqustun 30-da zəfər məşəllərini alovlandıran qan Qarabağda Novruz atəşini yandıran həmin qandır. Bir gün bu məşəlləri İrəvanda və digər tarixi torpaqlarda da yandıracaq... Düşmən o gündən qorxsun”.
Bu sözləri Publika.az-a Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Dr. Derya Akdemir bildirib.
O qeyd edib ki, 30 avqust bütün türklərin ortaq günüdür: “Türkiyənin Zəfər bayramı həm də bütün Türk dünyasının bayramıdır. Bu gün Mustafa Kamal Atatürkün Türkləri birləşdirmək üçün dünyaya Türkün gücünü nümayiş etdirdiyi gündür. Bu gün olmasaydı hazırda Türk dünyasından bəhs edə bilməzdik”.
.jpg)
Derya Akdemirin sözlərinə görə, Türklərin Anadoluda atdığı böyük zəfər addımları əslində bütün dünya türklərinin səsinə çevrildi:
“İmperializmin muzdlu aləti olan düşmənin işğalındakı Türk Vətənindən atılan Cümhuriyyətin əbədi təməlləri Türk dünyasını və soydaşlarımızı qucaqladı... 30 avqust əslində harada bir türk varsa, onun da bayramıdır. Türk heç bir əsarət qəbul etməyən millətdir. Qələbələrimizin müqəddəsliyi və canlı ruhu ona görə əbədidir. Türklər mövcud olduqları gündən dünyanı nizama salıb, qitələrə hakim olub, saysız-hesabsız dövlətlər qurublar. O, elə böyük millətdir ki, əsarətinin xəyalı utopik hərəkətə, şüurun itirilməsinə səbəb olur. Yerin altı da, üstü də Türk varlığıdır.
Biz bütün dünyanın hər yerində böyük bir ailəyik, türkük. Bu zəfər hamımızındır. Yoxsa türk dünyası mövzusu hazırda danışılmazdı. 30 Avqust Zəfər Bayramımızın 100-cü ildönümündə şəhidlərimizin, Mustafa Kamal Atatürk və silahdaşlarının ruhu şad olsun. Onları böyük minnətdarlıq və hörmətlə yad edirik. Türkiyədəki, Azərbaycandakı və bütün türk vətənlərindəki qardaşlarımızı Zəfər Bayramı münasibəti ilə təbrik edirəm. Türkün Zəfəri qutlu, varlığımız əbədi olsun. Nə xoşbəxtdir Türkəm deyənə!”
Akqabay Mıradov
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu



































