Nida Təhlil
Bu qurum Türk Birliyinə edilən xain hücum cəhdidir - Derya Akdemir
“Göyçə-Zəngəzur Respublikası” adlanan təşkilatın yaradılması məsələsində istər Osmanlı, istərsə də bu Cümhuriyyət adı altında böyük bir oyun oynanılır. Quruculara nəzər saldıqda, bu insanların ilk səfərlərini Ərbilə etmələri və oradakı radikal islamçı partiyalar, şiə və kürd silahlıları ilə bir araya gəlmələri düşündürücü deyilmi? İlk olaraq bu addım Türk dövlətinə qarşı güc nümayiş etdirmək cəhdi kimi qiymətləndirilməlidir.
Bu sözləri Publika.az-a Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı-yazar Dr. Derya Akdemir bildirib.
Onun sözlərinə görə, Türk Birliyinin kürəyinə vurulan bu baltanın sapı kimin əlindədirsə, bütün bunlar dövlətlərimiz tərəfindən araşdırılacaq və onlar hüquqi ölçüdə cəzalandırılacaqlar.
.jpg)
“Bu qurum əsrlər boyu bütün dünya türklərinin ruhunu diri tutan, mənəvi birliyini formalaşdıran yeganə məqsədimiz olan Türk Birliyinə edilən xain hücum cəhdidir. Bu qurumun mövcudluğu Zəngəzur dəhlizinin arxa plana keçməsi deməkdir”, - D.Akdemir qeyd edib.
Doktor vurğulayıb ki, bu ideya Türkiyə və Azərbaycan qardaşlığına düşmənçilik cəhdidir: “İdeyanın qayəsində düşmənçilik motivi var. Bu, iki ölkənin qardaşlığına hücumdur. Hansı dövlətlər bölgədə Zəngəzur dəhlizini istəmir? Bunun təhlili vacibdir. Bölgədə hansı dövlətlərin geosiyasi və siyasi maraqları, iqtisadi siyasətləri Zəngəzur dəhlizi ilə kəsiləcək? Bunlar mühümdür. Bu qurumun məkrli planı Zəngəzur dəhlizin qarşı çıxan dövlətlərin dəyirmanına su tökməkdir”.
Derya Akdemir diqqətə çatdırıb ki, bölgədə İranın Ermənistanla bir-birini dəstəklədiyi göz önündədir: “Bu ideyanın yaradıcıları bir-bir araşdırılmalı, onların əlaqələri hüquqi müstəvidə müəyyən edilməli və lazımi tədbirlər görülməlidir. Bu, mütləq həyata keçiriləcək. Azərbaycan-Türkiyə həm dövlət, həm də millət qardaşlığını əbədiləşdirib. Bu iki dövlət Türk Birliyinin onurğa sütunudur. Bütün dünyada türklərin birləşməsi bölgədə siyasi, strateji, hərbi və iqtisadi sahədə böyük bir gücdür. Dövlətlərimiz nəyi nə vaxt edəcəyini çox gözəl bilir. Respublika üç və ya beş nəfərlə, iki təkərli maşınla əlaqələri qeyri-qanuni qruplar vasitəsilə həyata keçirilməyəcək qədər çox həssas və vacibdir. Dövlət siyasəti ilə oyun oynayanlar əzilməyə layiqdir”.
Akqabay Mıradov
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi













.jpg)





















.jpg)
.jpg)
