Nida Təhlil
Fenomen diplomatın 44 gedişi: Əliyev nələri dəyişdi? - TƏFƏRRÜAT
“8 Noyabr şanlı qələbəmizə nail olduğumuz şərəfli tariximizdir. Bu tarixi xalqımız 30 il arzulayırdı, gözləyirdi. Xalqımız Ali Baş Komandanın və rəşadətli ordumuzun yanında Dəmir yumruq kimi birləşərək düşmənə öz yerini göstərdi”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, ermənilər 30 il idi ki, torpaqlarımızı işğal edərək özününküləşdirməyə çalışırdı:
”Dini, tarixi- mədəni abidələrimizi, yaşayış məntəqələrimizi darmadağın etdilər. Öz sözümüzü demək üçün bu illər ərzində dövlətimizin güclənməsi, beynəlxalq platformalarda hüquqi bazanın yaradılması lazım idi. Ölkəmizin başçısı gecəni gündüzə qataraq hamıdan çox çalışdı və lazımı zamanda qərar verdi. Müharibənin uğurla aparılması üçün dünya birliyi tərəfindən də ədalətli mövqeyimiz tanınmalı idi. Əsas beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyi ilə bağlı qətnamələr qəbul etdilər. 27 sentyabrda başlanmış Vətən müharibəsində yenə də təzyiq etmək istəyənlər peyda oldular. Məhz belə dairələrin jurnalistləri hazırlaşıb ittihamlarla dolu suallarla cənab Prezidentdən müsahibələr almaq üçün Bakıya gəldilər. 44 gündə dövlət başçımız 30-dan çox xarici jurnalistə müsahibələr verdi . Jurnalistlərin bütün suallarına çox diplomatik və ədalətə söykənmiş cavablar verən cənab Prezident Azərbaycanı ittiham etməyə gələnlərin arzularını ürəklərində saxladı”.
Azər Badamovun fikrincə, Ali Baş Komandan döyüş taktikasını çox uğurlu seçdi və ona görə də işğal edilən ərazilərdə keçilməz müdafiə sədləri qurmuş erməni ordusu 44 gündə darmadağın edildi:
“Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi döyüş səhnələri dünya səviyyəsində bir ilk idi. Ona görə də müharibə başa çatandan sonra dünyanın güclü orduları olan ölkələr Azərbaycanın təcrübəsini öyrənməyə və öz hərbi məktəblərində tədris etməyə başladılar. Nəhayət 8 noyabrda mədəniyyət paytaxtımız olan Şuşa işğaldan azad olununca, düşmən ağ bayraq qaldırdı. Təbii ki, bu, tarixi qələbəmiz idi. Bu qələbəni Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz qanı-canı bahasına qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. 10 noyabrda Ermənistanın kapitulyasiya sənədinə imza atması ilə müharibənin başa çatdığını elan etdik. Müharibənin bitməsindən 2 il keçib. Bu 2 ildə döyüş meydanında müharibə bitsə də, informasiya müharibəsi daha da güclənib. Bu informasiya müharibəsində bütün təzyiqlər və saxta informasiyalarla cənab Prezident yenə də əzmlə mübarizə aparır”.
Həmsöhbətimizin sözlərinə görə, Ermənistan öz havadarlarına arxalanaraq 44 gün ərzində Azərbaycana yenidən öz istəklərini ifadə etməyə çalışdı:
”Amma mahir diplomat və beynəlxalq siyasətin qrossmeysteri cənab Prezident düşmənlərin bütün iddialarını rədd edərək dövlətin milli maraqları və ölkəmizin suveren ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını qarşı tərəfə qəbul etdirməyə nail oldu. Hətta Ermənistanın baş naziri Paşinyanı məcbur etdi ki, Praqada Azərbaycanın ərazi bütövlüyünü tanısın. Hesab edirəm ki, Ermənistanla sülh müqaviləsi bağlanacaq və münasibətlər də nə vaxtsa normallaşacaq. Amma bütün münasibətlər ölkəmizin ərazi bütövlüyü çərçivəsində qurulacaq. Prezident İlham Əliyevin sülh müqaviləsinin bağlanması üçün Ermənistana təqdim etdiyi 5 baza prinsiplərini dünya qəbul edib. Çünki müəllifi cənab Prezident olan bu prinsiplər BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanıb, ədalətə söykənib. Əlbəttə ki, cənab Prezident xalqımızın ona olan böyük məhəbbəti və sevgisindən ilham alaraq düşmənlərə öz sözünü deyərək həmişə qalib olur. Azərbaycan artıq qalibdir və həllini gözləyən məsələlər də milli maraqlarımıza uyğun olaraq reallaşacaq. Bütün uğurlara uzaqgörən, qətiyyətli, vətənini sevən Prezident İlham Əliyevin liderliyi sayəsində nail oluruq”.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO