Paşinyanın sülhməramlılarla bağlı dedikləri axmaqlıqdır - RƏY
Bizi izləyin

Nida Təhlil

Paşinyanın sülhməramlılarla bağlı dedikləri axmaqlıqdır - RƏY

Rusiya sülhməramlıları ilə bağlı Nikol Paşinyanın sözləri əslində Qarabağda Ermənistanın məsuliyyətini Rusiya ilə bölüşmək, həm də üzərindən atmaq deməkdir. Əgər Ermənistan bu gün Qarabağın təhlükəsizliyini təmin edə bilmirsə və beynəlxalq hüquqa görə etməli də deyilsə, o zaman demək Ermənistan bu prosesdə iştirak etmir. İştirak etmirsə, Ermənistan hökumətinin deyəcək söz haqqı yoxdur.

Bunu Publika.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

O qeyd edib ki, bu baxımdan Paşinyanın sülhməramlılarla bağlı dediyi fikirlər absurddur, absurd olduğu qədər də axmaqdır. Ona görə də dünyada ciddi qəbl oluna bilməz: “Bilirsiniz ki, Paşinyan əslində bu məsələni xüsusi olaraq qabartmaqla üçtərəfli platformada ikinin birə nisbətini təmin etməklə Azərbaycana təzyiq etmək istəyir. İstəyir ki, Azərbaycan bu reallığı qəbul etsin. Biz Soçidə gördük ki, bu mümkün olmadı və Azərbaycan özünün strateji, prinsipial mövqelərini qoruya bildi. Burada məqsəd əslində yenə də sülhməramlıları xüsusi olaraq qabartmaqla Qarabağ məsələsinin həlli və status məsələsini sonraya saxlamaqdır. Bu kontekstdə Paşinyan zaman qazanmaq istəyir. Düşünür ki, bu zaman çərçivəsində hansısa mərhələdə istər regional, istər qlobal səviyyədə geosiyasi vəziyyət Ermənistanın xeyrinə dəyişə bilər. Ermənistan da bundan istifadə edərək daha güclü mövqe ilə Azərbaycanla masaya otura bilər”.

Natiq Miri qeyd edib ki, əlbəttə bunlar hamısı özünü aldatmaqdan başqa bir şey deyil: “Çünki 10 noyabr sənədi və konkret müəyyənləşmiş zaman çərçivəsi var. Beş il müddətdən sonra rus sülhməramlılar Azərbaycanı tərk etməlidirlər və edəcəklər. Çünki Azərbaycan dövlətinin və prezidentinin prinsipial möveqyi var. Ayrıca sülhməramlıların Qarabağda yerləşməsi bir daha sübut etdi ki, əslində Qarabağ probleminin həlli və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası sülhməramlıların yerləşməsindən asılı məsələ deyil. Yəni sülhməramlıları olması problemin çözümü deyil. Çözümü olmuş olsaydı, iki il ərzində sülhməramlıların bu prosesə töhfəsi olardı. Əksinə, biz görürük ki, Rusiya sülhməramlıları bu prosesdən özünün geosiyasi maraqları üçün istifadə edir”.

Politoloq bildirib ki, Rusiya bu gün Qarabağda mövcud olan erməni hərbi birləşmələrinə özünün orda uzunmüddətli qalması vasitəsi kimi baxır: “Buna görə də Azərbaycan heç bir vəchlə Rusiyanın burada sülhməramlıların olmasına sülhə töhfə kimi görmür. Düşünürəm ki, bundan sonra da görməyəcək”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də İctimai Televiziya Şirkətinə müsahibə verib və sülh müqaviləsi, sülhməramlıların Qarabağda yerləşdirilməsi şərtləri, beynəlxalq müşahidə missiyası, Ermənistan-Türkiyə münasibətləri və Türkiyə prezidenti ilə ilk görüşə toxunub.

O qeyd edib ki, sülhməramlılar mövzusu çox önəmlidir: "Rusiya sülhməramlıları təhlükəsizlik zəmanəti olmadan Qarabağı tərk edə bilməz. Onlar RF Federal Şurasının qəbul etdiyi qərar əsasında yerləşdirilib. Azərbaycan özü bir neçə bəyanat imzalayıb ki, sabitlik və təhlükəsizliyi təmin etmək üçün sülhməramlıların olması lazımdır. Qarabağda ermənilərin həyatı üçün təhlükə aradan qalxmasa, sülhməramlılar orada olmalıdır, ola bilməzlər. Beynəlxalq ictimaiyyət də orada sülhməramlıların yerləşdirilməsi, "soyqırımı" (?) təhlükəsinin idarə edilməsi mexanizmləri və yollarını tapacaq".

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm