Nida Təhlil
Türkiyə-Azərbaycan birliyi ciddi çəkindirici xarakter daşıyır - Politoloq
Türkiyə və Azərbaycan strateji müttəfiq dövlətlərdir. Ancaq bu rəsmi sənəddə belə görünür. Düşünürəm ki, mövcud münasibətlərin səviyyəsi bundan daha artıqdır.
Bunu Publika.az-a açıqlamasında Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib.
O qeyd edib ki, mənəvi bağlar, qardaşlıq, soykök, eyni dil bağları, bütün adət-ənənələrin eyni olması bu milləti bir-birlərinin yanında, bir-birlərinin arxasında olmağa vadar edir: “Çünki dünya yenidən şəkillənir. Və bu gün güclü olmasan yenidən şəkillənən dünyada ayaqda durmaq çox çətin olar. Ona görə də bu günün əsas strateji xətti yalnız və yalnız müəyyən birliklərin yaranması və təşkili ola bilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsi, yenidən toparlanması və bu yöndə intensiv müzakirələr, görüşlər göstərir ki, strateji xətt birlik xəttidir. Bu birlik xətti milli köklərə dayanır. Çünki milli köklərə dayanan istənilən məsələdə bu soylar bir-birlərini daha yaxşı anlayırlar”.
Natiq Mirinin sözlərinə görə, bundan əlavə indiki təhlükəli dünyada çox ciddi təhlükəsizlik çətirinin formalaşdırılmasına ehtiyac var ki, ən azı bütün türk dövlətləri gələcək perspektivdə özlərini nəinki təhlükəsiz hiss etsinlər, əksinə güclü, dünya miqyaslı güc mərkəzi yaratmaqla əslində dünyanın idarə olunmasına ciddi yön verən əsas qüvvəyə çevrilmək iddalarına ehtiyac var: “Ona görə də iki ölkə liderinin iki qardaş dövlətinin eyni, vahid ordusunun olmasına dair dövlət başçılarının nitqləri, o cümlədən noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda dediyi sözlər reallıqdır. Düşünürəm ki, bunlar əsaslı şəkildə hazırlanmış qardaş birliyi, siyasi birlikdir”.
Politoloq bildirib ki, xüsusilə bu birlik ciddi mənada çəkindirici xarakter daşıyır: “Yəni bu gün Azərbaycana xor baxan, Azərbaycanı işğal etmək, ölkəmizi əzmək istəyən istənilən regional, qlobal güc qeyri-iradi olaraq dərhal Türkiyə haqqında düşünmək məcburiyyətindədir. Çünki anlayırlar ki, bu hansısa slavyan birliyi və yaxud dünyada mövcud olan digər birliklər kimi sözdə birlik deyil. Bu birlik min illərə dayanan, sınanmış qardaş birliyidir ki, bu qardaşlar da bir-birlərindən ötrü hər an ölməyə və öldürməyə hazırdırlar. Ona görə də bu gün Türkiyə üçün müəyyən təhlükəli çağırışlar varsa, əmin olun ki, istənilən hərbi əməliyyatların olduğu yerdə Anadolu türkləri qardaşları Azərbaycan türklərini daim arxalarında və yanlarında görəcəklər. Eyni təhlükə çağırışları Azərbaycana qarşı olduğu təqdirdə əmin olun ki, Anadolu türkləri qardaşlarının – Azərbaycan türklərinin yanında olacaqlar. Biz bunu artıq sınaqdan keçirmişik və 44 günlük Vətən müharibəsinin qələbə çalmasının əsas vacib amillərindən biri də məhz bu birliyə dayanır”.
Səxavət Həmid
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO