Nida Təhlil
İlham Əliyev Fransanı öz meydanında məğlub etdi - BMT-də tarixi qələbə
Ermənistanın Fransanın dəstəyi ilə BMT Təhlükəsizik Şurasında Azərbaycana qarşı müdaxilə planları qurduğu bəllidir: 44 günlük müharibədə bu cəhdləri baş tutmadı, sentyabr döyüşlərindən sonra ikinci cəhdə əl atsalar da, yenə nəticə əldə edə bilmədilər; Laçın yolunda ekoloqlarımızın aksiyaya başlamasından sonra yenidən hərəkətə keçdilər, dekabrın 20-21-də Fransa və Ermənistanın istəyi ilə BMT TŞ-nin iclası keçirildi;
Hər üç addım – 44 günlük müharibədə də, sentyabr döyüşlərində də, Laçın yolundakı vəziyyətlə bağlı da beynəlxalq riyakarlığın əyani nümunəsi hesab edilə bilər. Çünki 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq, indiyə qədər baş verən bütün proseslərdə Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində addım atır və bu, BMT-nin məlum 4 qətnaməsi ilə dəstəklənir. Lakin proseslər göstərdi ki, Fransa başda olmaqla bir sıra ölkələr beynəlxalq hüququ pozur, BMT-ni də öz riyakar siyasətlərinə alət edirlər.
44 günlük müharibədə Azərbaycan torpaqlarındakı işğala son qoymaq məqsədilə Vətən müharibəsi aparanda Fransa BMT TŞ-də ölkəmizə qarşı qətnamə qəbul edilməsinə çalışırdı. 2022-ci ilin sentyabr hadisələrində də eyni cəhdi etdilər. Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Hər iki cəhd iflasa uğradı.
Laçın yolunda aksiya başlayandan sonra da beynəlxalq gündəmi absurd idiaları ilə məşğul etməyə başladılar. Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırladı.
Məlumatlara görə, 10 gündür mətn üzərində sözün əsl mənasında diplomatik döyüş baş verib.
- Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı: Prezident İlham Əliyev də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı mərkli işlərin aparıldığına eyham vurmuş, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu bəyan etmişdi;
- Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Bu günlərdə Ermənistanın “dahi” diplomatı və “çekisti” Armen Qriqoryan da TŞ-da qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi;
- Fransız-erməni cütlüyünün bu addımları Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi;
Ssenari bəlli idi: BMT TŞ-də təşkil edilən müzakirələrlə “humanitar fəlakət” iddialarına beynəlxalq dəstək əldə edirlər, daha sonra çağırışları qətnaməyə çevirirlər və Azərbaycanı geri addım atmağa məcbur edirlər;
Bunun baş tutması təkcə Laçın yolundakı aksiyanın dayandırılması yox, həm də sülh müqaviləsi müzakirələrində Ermənistanın maraqlarının təmin edilməsi ilə nəticələnə bilərdi.
Diplomatik döyüşdə kim qələbə qazandı?
BMT TŞ-nın daimi üzvü və hazırki sədri Fransa 10 gün ərzində bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi.
Birincisi, bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi: Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda “Dağlıq Qarabağ”ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi; Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu;
İkincisi, Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn dünən BMT TŞ qaydalarına uyğun olaraq sükut proseduruna yenidən qoyulmuşdu: bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir, irad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur, lakin bu sənəd də darmadağın edildi;
Beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri də Fransaının necə ədalətsiz, qərəzli və riyakar olduğunu görür və bunu açıq etiraf edirdilər. Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür.
Azərbyacan lideri İlham Əliyev Fransanı öz meydanında darmadağın etdi. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı.
Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər və haqq-ədaləti dəstəklədiklərinə görə, bu ölkələrə xüsusi minnətdarlıq düşür. Azərbaycan dostları ilə birgə bu parlaq qələbəni qeyd edərkən, Fransa Prezident Administrasiyasının xarici siyasət/diplomatiya şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında Daimi nümayəndəsi və onun müavininin bu rüsvayçılığa görə geri çağırılmaq məsələsi var. Argentinadan fərqli olaraq, Azərbaycan Fransanı neytral meydanda deyil, məhz öz meydanında məğlub etdi. Fransa diplomatiyası indi az qala matəm içərisindədir. Fransa artıq rəsmi məktubla müraciət edərək prosesi dayandırdığını bəyan edib.
Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə belə bir ifadə işlətmişdi: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”.
Bu parlaq qələbə Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarını bütün şərtlərdə qoruyan, qətiyyətli lider olduğunu bir daha isbat edir
- Azərbaycan lideri beynəlxalq səviyyədə ölkəmizə qarşı böyük oyunu pozdu;
- Güclü olmasına baxmayaraq, heç bir qüvvənin qarşısından geri çəkilmədi;
- Məsələ suverenliyimiz, ərazi bütövlüyümüz və milli maraqlarımız olanda nələr edə biləcəyini göstərdi;
- Və nə qədər usta diplomatik olduğunu nümayiş etdirdi;
Prezident İlham Əliyevin yeni il ərəfəsində beynəlxalq səviyyədə qazandığı növbəti qələbəsi Azərbaycan xalqına hədiyyədir.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO