Nida Təhlil
"Dövlətimizin başçısının G20 Liderlər Sammitinə dəvət olunması mühüm siyasi hadisədir"
“Azərbaycan-ABŞ münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib. Prezident İlham Əliyevin ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Prezident Donald Trampa ünvanladığı məktubda vurğulanan məqamlar, eləcə də dövlətimizin başçısının Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişafının göstəricisidir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, əgər əvvəlki mərhələlərdə ABŞ-ın regiona münasibəti daha çox normativ və vasitəçi yanaşma üzərində qurulurdusa, hazırkı mərhələdə bu münasibətlər praqmatik, işgüzar və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunmaqdadır. Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə ortaya qoyduğu sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir. Nəzərə alaq ki, Cənubi Qafqazda sülhün təmin olunması Tramp administrasiyasının xüsusi diqqət mərkəzindədir. Ötən ilin avqustunda imzalanan Vaşinqton razılaşması da bunun bariz göstəricisidir.
Prezident İlham Əliyevin ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Prezident Donald Trampa ünvanladığı məktubda vurğulandığı kimi, son dövrdə Azərbaycan-Birləşmiş Ştatlar münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Dövlətimizin başçısı məktubda iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib. Məktubda Prezident İlham Əliyev fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyətini xüsusi qeyd edib.
Millət vəkilinin sözlərinə görə, ötən ilin avqustunda əldə olunan Vaşinqton razılaşmaları Azərbaycanın regionda rolunun və təşəbbüslərinin ABŞ tərəfindən yüksək dəyərləndirildiyini sübut edir. ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və xoş sözləri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərməsi də bunun əyani nümunəsidir. Bu fakt Ağ Ev rəhbərinin dövlətimizə və onun liderinə böyük ehtiramının ifadəsidir.
“Bu ilin fevralında ABŞ-ın vitse-prezidenti Vensin ölkəmizə səfəri, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ölkələrimiz arasında münasibətlərimizin yeni mərhələyə keçməsinin göstəricisidir. Bundan əlavə, Prezident Donald Trampın “Bakı Enerji Həftəsi”in iştirakçılarına məktub göndərməsi, ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakı Enerji Forumunun açılışında iştirak etməsi də mühüm faktlardır. İyunun 2-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçirilməsi də ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfələr verəcək”,-deyən Samir Vəliyev əlavə edib ki, ABŞ Prezidenti tərəfindən dövlətimizin başçısının Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini təsdiqləyən mühüm siyasi hadisədir.
“Prezident İlham Əliyevin G20 Sammitinə dəvət olunması Azərbaycanın yüksək beynəlxalq nüfuzunun, xarici siyasət kursunun uğurlu nəticələrinin və ölkənin qlobal proseslərdə güclənən rolunun məntiqi ifadəsidir”,-deyə deputat vurğulayıb.
-
Sosial18:12Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı - FOTO
-
Dünya17:49Zelenski Azərbaycana təşəkkür etdi
-
Rəsmi xronika16:08Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
-
Dünya15:21Tramp Ankaraya özü ilə tualetini də gətirdi: Yeməyi ona kimlər verəcək?
-
MDB15:03Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
-
Nida Xəbər 14:26Generala yüksək vəzifə verildi
-
Ekologiya13:13Sabah yağış yağacaq - PROQNOZ
-
Dünya12:36Trampın Ərdoğana Ankarada hansı “xoş xəbər”i çatdıracağı bəlli oldu

































.jpg)






