Nida Təhlil
Üzrü qəbahətindən daha böyükdür - Qarşıdurmaya səbəb olacaq
“Ekstremist sağçı partiya “Ştram Kurs”un sədri Rasmus Paludanın Quranı yandırması bu gün dünyanın əsas gündəm məsələlərindən biridir. Təəssüflə qeyd etmək lazımdır ki, Qərbdə Quranın yandırılması, ona hörmətsiz münasibət ilk dəfə baş vermir. Bu hadisə artıq dəfələrlə təkrarlanır. Həm də bütün Avropanın gözü qarşısında. Son hadisəyə də polis heç bir reaksiya vermədi. İllər öncə Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə də Qərbdə ciddi reaksiya verilməmişdi”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Millət vəkili sözügedən məsələnin insan hüquq və azadlıqları ilə əlaqələndirilməsinə gəlincə, bunun absurd və qəbuledilməz olduğunu bildirib:
“Üzrü qəbahətindən daha böyükdür. Bu əməli törədənlər bu hörmətsizliyin hansı qarşıdurmalara gətirə biləcəyini nəzərə almalıdırlar. Tarixdə ən ağır, ən faciəvi müharibələr dini zəmində olub. Onlar bilməlidirlər ki, bu əməlləri ilə həm də dinlərarası ədavəti qızışdırmış olurlar”.
C.Məmmədovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Qərbdə artan islamafobiyanın qarşısı qətiyyətlə alınmalıdır:
“Belə məsələlərə yalnız müsəlmanlar deyil, digər dinlərin liderləri, tanınmış siyasətçi və ictimai xadimlər də mütləq reaksiya verməlidirlər. Tarixdə müsəlmanların digər dinlərin müqəddəs kitablarına hörmətsiz yanaşması ilə bağlı bir dənə belə fakt yoxdur. Çünki İslam, müsəlmanlardan digər dinlərə hörmətlə yanaşmağı tələb edir.
Burada belə bir sual yaranır. Müsəlmanların digər dinlərin müqəddəs kitablarını yandırması həmin dinlərin daşıyıcılarına xoş gələrdimi? Əlbəttə, yox. Ona görə bu məsələdə siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin diqqətli olmasına çox önəmlidir”.
Deputat vurğulayıb ki, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs digər dinlərin və xalqların dəyərlərinə hörmətlə yanaşmağı bacarmalıdır. Əks halda, zamanla dünyada dini müstəvidə qarşıdurma və dözümsüzlük halları daha da artacaq. Bu isə əlavə gərginlik ocaqları yaradacaq.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





