Nida Təhlil
Bardağı daşıran son damla: Hücum molla rejiminə baha başa gələcək!
“Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyirik. Hücuma görə İran hökuməti məsuliyyət daşıyır. Bu terroru həyata keçirənlər, onu himayə edənlər cavab verməlidirlər”.
Bu sözləri Publika.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı-yazar Dr. Derya Akdemir deyib
O bildirib ki, terror hücumunun “məişət hadisəsi” kimi təqdimatı İranın növbəti hiyləsidir:
“Bütün beynəlxalq prinsipləri ayaqlar altına atan İran adlanan terror dövləti hücumda əli olan cinayətkarı televiziya ekranlarına çıxarır, terrorçuya bəraət qazandırmağa çalışır. İran bu davranışı ilə məkrli niyyətini, hiyləsini, ikiüzlü siyasətini və həyasızlığını bir daha nümayiş etdirdi. İran həm də dünyaya terror dövləti olduğunu göstərdi. Beynəlxalq aləm gördü ki, Tehran terrora necə qucaq açıb, onu himayə edib, bütün hüquqi prinsipləri tapdayıb”.

D.Akdemir qeyd edib ki, özlərini İslam dövləti adlandıran, lakin sözdə müsəlman ayətullahlar başa düşməlidirlər ki, qonşuluq münasibətləri qarşılıqlı hörmətə əsaslanır:
“Bu hörmətə məhəl qoymayaraq bir dövlətə hücum edirsinizsə, bunun nəticəsinə də siz qatlanmalısınız. Xüsusən də hücum etdiyiniz dövlət Azərbaycandırsa... 44 günlük Vətən müharibəsində Ermənistana dəstək verən İranın bugünkü vəhşiliyi bardağı daşıran sonuncu damla oldu. Bu hücumu həyata keçirənlər bilməlidirlər ki, onların manipulyasiyaları yalnız onların özlərini bataqlığa salacaq. Bu vəhşiliyi pisləyirik. Biz molla rejimindən tələb edirik ki, cinayətkarlar tez bir zamanda məhkəmə qarşısına çıxarılsın və cəzalandırılsın”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
