Nida Təhlil
Ermənistanın növbəti riyakarlığı: Əliyev Paşinyanı dünya qarşısında belə susdurdu
“Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə saxtakarlıq edərək Azərbaycan həqiqətlərini təhrif etməyə, Azərbaycanı günahlandırmağa çalışdı. Prezident İlham Əliyev isə Paşinyanın ittihamlarına tutarlı cavablar verdi”.
Publika.az xəbər verir ki, bunu millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.

O bildirib ki, Paşinyan çıxışında Azərbaycanı keçmiş Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməkdə günahlandırmağa çalışdı:
“Əslində isə Qərbdə Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməyə çalışan məhz Ermənistandır. Uzun illərdir Ermənistan Qərbdə xristian ölkəsi olduğu üçün bölgədə müsəlman azərbaycanlıların təqibinə məruz qaldığını iddia edir və bununla xristian Qərb dövlətlərinin və həmin ölkələrin xristian əhalisinin dəstəyini qazanmağa çalışır. Ermənistanın Azərbaycanı bu məsələdə günahlandırması növbəti riyakarlıqdır”.

C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin ermənilərin Qarabağda 67 məscidi barbarcasına dağıtması ilə bağlı səsləndirdiyi faktlara Paşinyanın cavabına gəldikdə isə bu məsələdə də Paşinyan riyakarlığa yol verərək məscid və kilsələrin sovet dövründə dağıdıldığını bildirərək, Ermənistanda müsəlman azlıqlar üçün şərait yaradıldığını iddia etdi:
“Əslində, reallıq ondan ibarətdir ki, Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək saxlayıb. Ermənilər təkcə məscidləri deyil, alban kilsələrini də vəhşicəsinə dağıdıb. Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün isə Şuşada və İrəvanda bir Azərbaycan məscidini təmir edərək dünyaya fars məscidi kimi təqdim etməyə çalışıb. Bakının mərkəzində isə bu gün erməni kilsəsi Azərbaycan dövləti tərəfindən içərisində 5 000 ədəbiyyatla mühafizə olunur. Paşinyanın nə deməyindən asılı olmayaraq reallıq bundan ibarətdir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi.
Akqabay
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





