Nida Təhlil
Niyə məhz Fazil Mustafa? - Deputat detalları açıqladı - VİDEO
"Məlum olduğu kimi, Martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədildi. Hazırda Azərbaycanın hüquq mühafizə orqanları cinayətkarları aşkarlamaq üçün zəruri addımlar atırlar. Heç şübhəsiz ki, cinayətkarlar tapılaraq hüquqi məsuliyyətə cəlb ediləcəklər. Buna heç kimin şübhəsi olmasın".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu gün bu terroru İran tərəfinin törətdiyini düşünənlər az deyil. Ancaq düşünürəm ki, istintaqın nəticəsi bilinmədən, hansısa tərəfi və ya dövləti günahlandırmaq düzgün olmazdı.
“Deputat Fazil Mustafa həm parlamentdə, həm də mediada davamlı olaraq Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, ölkəmizə qarşı təxribatların qarşısının alınmasına, vətəndaş hüquqlarının qorunmasına yönəlmiş çıxışlar edirdi. O, öz çıxışlarında tez-tez İranın Azərbaycanla bağlı siyasətini, dini fəaliyyət sahəsində cərəyan edən xoşagəlməz prosesləri də sərt tənqid edirdi. Görünür, diqqətin İrana yönəlməsinin səbəblərindən biri də budur”- deputat deyib.
C.Məmmədov qeyd edib ki, bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan özünün ikinci müstəqillik tarixinin ən şərəfli, eyni zamanda ən gərgin dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədəki zəfərini, bölgədə yeni reallıq yaratmasını, müstəqil siyasət yeritməsini, heç bir regional və beynəlxalq təzyiqə boy əyməməsini nə qonşu dövlətlər, nə də bir sıra Qərb dövlətləri qəbul etmək istəmir.
“Digər bir reallıq isə ondan ibarətdir ki, son illər regionumuz və dünyamız heç zaman olmadığı qədər gərgin və ağır bir mərhələyə daxil olub. Hamı bulanıq suda balıq tutmağa çalışır. Qlobal güclərin siyasətindən bu gün ən çox əziyyət çəkən isə kiçik və təzyiqlərə boyun əyməyən dövlətlərdir.
Ancaq onu da hər kəs bilməlidir ki, bu kimi təxribat və cəhdlərlə Azərbaycanın mövqeyinə təsir etmək və ya dəyişmək qeyri-mümkündür. Vətənini sevən, dövlətinə bağlı olan hər kəs dövlətinin və Prezidentinin yanındadır”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu təzyiqlərə və təxribatlara sinə gəlməyə çalışır. Qarşı tərəflər isə müxtəlif bəhanələrlə bu təzyiqləri artırmağa çalışırlar. Ona görə, əvvəl də qeyd etdiyim kimi, qarşıdakı günlərdə yeni təxribatların baş vermə ehtimalları kifayət qədərdir. Bu təxribatlar müxtəlif istiqamətlərdə özünü büruzə verə bilər. Belə durumda xalqımızın bir, ayıq-sayıq olması, ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsi çox önəmlidir. Bu ağır mərhələni keçmək üçün bu, çox önəmlidir.
“Eyni zamanda, hüquq-mühafizə orqanlarının da üzərinə çox böyük vəzifələr düşür. Həddən artıq-ayıq sayıq olmağa çox ciddi ehtiyac var. Allah dövlətimizi və xalqımızı qorusun”.
Aydan Beydullayeva
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı