Nida Təhlil
İsrail prezidenti Bakıda olarkən İran nə etdi? - Terrorçu GEDİŞİ
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana ikigünlük səfəri başa çatdı. Bu səfərin iki ölkə arasındakı münasibətlərin yeni dövrünün başlanması ilə yanaşı, bölgədəki proseslərə təsir edəcəyi də bəllidir. Əsas diqqət çəkən məqam Hersoqun Bakıda İranla bağlı səsləndirdiyi fikirlər idi:
- “Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”;
- “İsrail və Azərbaycan İsrailin hədəfindədir”;
Azərbaycanın İsraildə səfirlik açmasını süngü ilə qarşılayan, eləcə də İsrail xarici işlər naziri Eli Koenin Ceyhun Bayramovla görüşdə səsləndirdiyi fikirləri “Azərbaycan və İsrail İrana qarşı birləşib” kontekstində şərh edən Tehranın Hersoqun səfərinə də, açıqlamasına da səssiz münasibəti müşahidə edilir. Təkcə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani İsrail prezidentinin Bakıya səfərinə “sionist rejiminin gələcəyi” yoxdur kimi ümumi fikirlərlə münasibət bildirib, lakin Azərbaycana qarşı əvvəlki aqressiya nümayiş etdirilmir.
Bunu, İranda Azərbaycanı hədəf taxtasına çıxarmaq planının uğursuzluğunu anladıqdan sonra Bakı-Tehran xəttində “diplomatik atəşkəsin” elan edilməsi kimi qəbul etmək olar. Hərçənd, Hersoqun səfərindən sonra İranın hansı addımı ata biləcəyi maraqlıdır.
Bu kontekstdə Hersoqun Bakıda səfərdə olduğu vaxt İranda nə baş verdiyi diqqət çəkir.
Mayın 30-da İran hüquq-mühafizə orqanları Qərbi Azərbaycan vilayətində “sionist rejimə bağlı terror qruplaşması üzvlərinin həbs edildiyi” xəbərini tirajladılar.
Bu, İranın “sionist rejim” təbliğatında ənənəvi addımlarından biridir, lakin İsrail prezidentinin Bakıda olduğu gün belə bir iformasiyanın tirajlanması müəyyə gözləntiləri də önə çıxarır: İran Hersoqun Bakıya səfərinə görə Azərbaycana qarşı ittihamını “sionist terroru” üzərindən quracaq? Bu məqsədlə “həbs edilən” qruplaşmanın Azərbaycanla “bağlantıları”nı ortaya ata bilərlərmi?
Sual açıq olaraq qalır, xüsusilə Tehranın Bakıya qarşı ittihamlarını terrorçu iddiası üzərindən qurduğu təcrübəsi fonunda.
Asif Nərimanlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)






