Nida Təhlil
ABŞ-ın sirli Priqojin mesajı: elitanın savaşı Qarabağa necə təsir edəcək?
ABŞ dövlət katibi Entoni Blinken Priqojin qiyamı ilə bağlı bildirib ki, “film hələ də davam edir və hələ ki, son pərdəni görməmişik”.
Bu, Vaşinqtonun Rusiya ətrafında qeyri-müəyyənlik yaratmaq üçün təbliğat xarakterli tezisi də ola bilər, lakin ABŞ kəşfiyyatının məlumatlılığı fonunda bunu “Putinin hakimiyyətinə qarşı qiyamların davam edəcəyi” mesajı olaraq da görmək olar. Bununla həm də Priqojinin tək olmadığı deyilir.
Ukrayna müharibəsi başlayandan sonra Rusiyada elita qarşıdurmasının kəskinləşdiyini gündəlik xəbər lentindən də görmək mümkün idi. Priqojinin qiyamı bu kəskinləşmənin partlaması olsa da, Putinin xaosu idarə etdiyi və narazıları təmizləmək üçün prosesi bu həddə çatdırdığı istisna edilməməlidir. Mümkündür ki, bundan sonra Kremlin diqqəti həm də daxili hesablaşmalara yönələcək. Və bu, rus sülhməramlılarının olduğu Qarabağdakı proseslər baxımından Azərbaycan üçün sərfəlidir.
1. Daxili çaxnaşmaların yaşandığı dövrdə Rusiyanın diqqəti Qarabağdan yayına bilər və bu, separatçıların “müqaviməti”ni zəiflədən amildir;
2. Rusiya Bakının Qarabağdakı addımları qarşısında daha səssiz mövqe sərgiləyə bilər;
Asif Nərimanlı
-
Nida Xəbər 17:08Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başladı
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO




































