Nida Təhlil
Xankəndi və Zəngəzura qayıdış – Moskvada nələr razılaşdırıldı?
Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekununda Bakının gündəliyi qəbul olundu. Bu kontekstdə Lavrovun bəyanatında iki məqam yer alırdı:
Birincisi, Qarabağdakı ermənilərin milli azlıq olaraq müvafiq qanunvericilik (Azərbaycan) və beynəlxalq öhdəliklərdən gələn hüquqlarının təmin edilməsi, bunun razılaşdırılması üçün Azərbaycan nümayəndələri ilə qısa müddətdə görüşünün təşkil edilməsidir.
Bu, Bakının reinteqrasiya tələbinə uyğundur, Qarabağdakı erməni əhalisinin “milli azlıq” adlandırılması da onların hüquqlarının Azərbaycan qanunvericiliyinə uyğun təmin edilməsini aktuallaşdırır. Beləliklə, Rusiya Qarabağdakı ermənilərin gələcəyi ilə bağlı Azərbaycanın təqdim etdiyi “yol xəritəsi”ni qəbul edir. Lavrovun “Azərbaycanın ərazi bütövlüyünün 1991-ci il bəyannaməsinə tam uyğun olaraq təmin edilməsi kontekstində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” qeydi də bu fikri gücləndirən amillərdəndir.
İkincisi, azərbaycanlıların Zəngəzura qayıdışı məsələsinin aktuallaşmasıdır.
Lavrov qeyd edir ki, “Bakı və İrəvan öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı əsasda hazırdır”.
Rəsmi Bakı Qarabağda ermənilərin hüquq və təhlükəsizliyinə zəmanət verdiyi kimi, İrəvan da Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsinə zəmanət verməlidir. Bu, tarixi torpaqlarımıza – Zəngəzura, Göyçəyə qayıdışı aktuallaşdıran amildir.
Görüşün yekunları nəzəri baxımdan müsbət qiymətləndirmək olar, hərçənd, bunun praktiki müstəvidə necə işləyəcəyi mübahisəlidir.
1. Moskva Qarabağdakı erməniləri qısa müddətdə Azərbaycanla görüşə çağırır. Sual yaranır: görüşə Qarabağ ermənilərinin nümayəndəsi olaraq kimlər gələcək?
Hazırda separatçılar erməni əhalisi üzərində təsirə malikdir və bu təsir fonunda “nümayəndə” kimi onların çıxış etmək istədiyi bəllidir. Qısa müddətdə görüşün təşkil edilməsi çağırışı separatçıları “tərəf” kimi sırımaq gedişindən qaynaqlanır. Və Moskva “Qarabağdakı erməniləri razı salmaq” işini Ermənistana həvalə etməklə İrəvanın separatçıları “tərəfə” çevirmək planı olan qondarma “Bakı-Xankəndi” formatının önə çıxmasına şərait yaradır. Bu baxımdan, məsələnin praktiki müstəvidə işləməsi sual altına düşür. Burada Azərbaycanın əlini gücləndirən məqam “Bakı və İrəvanın öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı əsasda hazır olması” mövqeyidir: bu prosesdə Ermənistan separatçıları “tərəf” etmək cəhdinə davam edərsə, “Bakı-Xankəndi” formatına qarşı “Zəngəzur-İrəvan” formatı - qarşılıqlı ərazi iddiası irəli sürülə bilər və s.
2. Rusiya “təxirəsalınmaz şəkildə” “Qarabağdakı erməni əhalisinin ərzaq, dərman, ilkin təlabat malları, eləcə də elektrik enerjisi və qazla təmin edilməsini” istəyir.
Separatçılar və Ermənistan Bakının ərzaq və digər malların tədarükünün Ağdam yolu vasitəsilə təmin edilməsi təklifini qəbul etmir. Erməni əhalisinin reinteqrasiyası imkanlarını artıran bu təklifə Rusiya da isti baxmır. Lakin Moskva görüşünün yekunları – ermənilərin gələcəyinin “milli azlıq” olaraq Azərbaycan qanunvericiliyi çərçivəsində qəbul edilməsi fonunda Rusiyanın Ağdam marşrutunu dəstəkləyə biləcəyi gözləntisini yaradır. Əks təqdirdə “təxirəsalınmaz tədbirlər” istəklərinin praktiki olaraq işləməsi mümkün olmayacaq.
Asif Nərimanlı
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR