Nida Təhlil
Özbəkistan səfərinin ən mühüm mesajı: İki qardaş dövlət əbədi bir yerdədir!
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində siyasi, iqtisadi, investisiya və humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də Qarabağın bərpasında Özbəkistanın rolunun artırılması ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirdi ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri həm iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi, həm də Azərbaycan və Özbəkistanın müxtəlif beynəlxalq platformalarda əməkdaşlığının gücləndirilməsi baxımından vacibdir.
Onun sözlərinə görə, xüsusilə Azərbaycan və Özbəkistan arasında “Əbədi müttəfiqlik anlaşması”nın imzalanması iki ölkənin bir-birinə nə qədər yaxın olduğunu, münasibətlərin səmimiyyət, hörmət və ehtirama əsaslandığını göstərir.
Vüqar Bayramov qeyd etdi ki, Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirən ölkədir:
“Azərbaycan həm "C6" formatı, həm Türk Dövlətləri Təşkilatı, həm də digər beynəlxalq qurumlar çərçivəsində Özbəkistanla sıx əməkdaşlıq qurub. Bu baxımdan, Azərbaycanın müttəfiqlərinin sayının artmasını müşahidə etməklə yanaşı, xüsusən də qardaş ölkələrlə əbədi müttəfiqliyin razılaşdırılmasını görürük”.
Millət vəkili Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq üçün kifayət qədər böyük potensialın olduğunu vurğuladı. O bildirdi ki, yalnız 2025-ci ildə iki ölkə arasında iqtisadi dövriyyə əvvəlki illərlə müqayisədə 3,2 dəfə artaraq 795 milyon dollar təşkil edib.
Deputatın sözlərinə görə, qarşıya qoyulan əsas hədəflərdən biri ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır. O əlavə edib ki, iqtisadi münasibətlər yalnız ticarət dövriyyəsi ilə məhdudlaşmır, eyni zamanda birgə investisiya qoyuluşları və xüsusilə təcrübə mübadiləsi istiqamətində də inkişaf edir.
Vüqar Bayramov bildirdi ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti tərəfindən artıq 15 layihə qiymətləndirilib, təhlil edilib və maliyyələşdirilib. Onun sözlərinə görə, altı prioritet istiqamət üzrə maliyyələşdirmə həyata keçirilir və layihələr üzrə ayrılan vəsaitlərin həcmi 5 milyon dollara qədər yüksəlib.
“Təbii ki, bütün bunlar investisiya sahəsində ölkələrin kifayət qədər ciddi əməkdaşlıq qurduğundan xəbər verir. Bu da sözsüz ki, prioritet sektorlarda iki ölkə arasındakı əməkdaşlığın güclənməsinə və nəticə etibarilə ölkələrin iqtisadi baxımdan bundan faydalanmasına imkan verəcək”, - deyə deputat vurğuladı.

Millət vəkili səfər çərçivəsində kifayət qədər geniş sektorlar üzrə razılaşmaların əldə olunduğunu da əlavə etdi. Onun fikrincə, bütün bu sənədlər arasında ən vacibi əbədi müttəfiqliklə bağlı razılaşmadır: “Bu, əslində, iki qardaş dövlətin əbədi olaraq bir yerdə olduğunu göstərən bir sənəd idi”.
Vüqar Bayramov Özbəkistanın Qarabağın bərpasında iştirak edən və Azərbaycana humanitar dəstək göstərən ölkələrdən biri olduğunu da xatırlatdı. Deputat xüsusilə qeyd etdi ki, Qarabağda təhsil sektorunun bərpasına ilk yardım edən ölkələrdən biri məhz Özbəkistan olub.
Onun sözlərinə görə, Özbəkistan şirkətlərinin Qarabağın bərpasına cəlb edilməsi əsas prioritetlərdəndir. Bu əməkdaşlığın yalnız təhsil və humanitar sahələrlə məhdudlaşmadığını bildirən deputat bərpa və yenidənqurma istiqamətində də Özbəkistan şirkətləri ilə daha sıx əməkdaşlığın qurulmasının hədəfləndiyini dedi.
Deputatın fikrincə, bütün bunlar iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə və işğaldan azad olunmuş ərazilərin bərpasının intensivləşdirilməsinə imkan verəcək:
“Bu, həm də ölkələrin daha da yaxınlaşmasına və xüsusən də biznes icmalarının birgə proqramlar həyata keçirməsinə imkan verəcək. Bu da sözsüz ki, həm Azərbaycan, həm də Özbəkistan iqtisadiyyatı üçün kifayət qədər müsbət təsirlərə malik olacaq”.
Müəllif: Adəm Abbaslı
-
MDB14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?
-
Rəsmi xronika13:38İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
-
Region13:01Paşinyandan Aİ ilə bağlı gözlənilməz qərar: Ermənistan üzvlük üçün müraciətə başlayır
-
Yaxın Şərq11:33İranda rejim təşvişdə: Yeni etiraz dalğası başlayır?
-
Rəsmi xronika11:19İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərdi
-
Rəsmi xronika11:15Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır - VİDEO
-
İdman10:38Maradonanın əli ilə qol vurduğu o top görün neçə milyona satıldı - FOTO/VİDEO
-
Yaxın Şərq10:17İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
















.png)






.jpg)

.jpg)













