Nida Təhlil
Azərbaycan-Özbəkistan: strateji müttəfiqlər əbədi dostluğu rəsmiləşdirdi
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı liderlərin imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” Bakı-Daşkənd xəttində tarixi əhəmiyyət kəsəb edən sənədlərdəndir. Bu müqavilə iki ölkənin strateji səviyyəyə yüksələn münasibətlərinin və iki qardaş xalqın tarixi bağlarının rəsmiləşməsi kimi qiymətləndirilməlidir.
Müqavilənin niyə ədəbi dostluq adlandırılması da təsadüfi deyil. Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, bu günü və perspektivləri iki ölkənin strateji maraqlarına uyğundur. Bunun fonunda tərəflər “Ədəbi dostluq müqaviləsi” imzalamaqla strateji müttəfiqlik münasibətlərinin kağız üzərində olmadığını və konyukturaya uyğun dəyişməyəcəyini elan edirlər. Təbii ki, burada bölgədə maraqları olan regional və regiondankənar oyunçulara da açıq mesaj verilir: Bakı-Daşkənd dostluğu şəraitdən və vəziyyətdən asılı olmayaraq, daimi olacaq.
Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan təhlükəsizlik arxitekturası
Sənəddə qeyd olunur ki, iki dövlət münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər.
Azərbaycan və Özbəkistan bununla ədəbi dostluğu əməli formada təsdiq edirlər. İki ölkənin bir-birinə qarşı bloklarda, yaxud ittifaqlarda iştirak etməməsi və öz ərazilərində bir-birinə qarşı olan istənilən fəaliyyəti qadağan etməsi mühüm məqamlardandır. Bu, mühüm şifrələri əks etdirir:
- Azərbaycanın Mərkəzi Asiyada, Özbəkistanın isə Cənubi Qafqazda dayaqları güclənir;
- İki ölkənin ədəbi dostluğa çevrilən strateji münasibətlərinin gələcəkdə də davam etdirilməsinin möhkəm təməlləri atılır;
- Mərkəzi Asiya və Cənubi Qafqaz regionu arasında təhlükəsizlik arxitekturası formalaşdırılır.
Tərəflərin müqavilə ilə üzərlərinə götürdüyü öhdəliklər də Azərbaycan-Özbəkistan münasibətlərinin təkcə ikitərəfli xarakter daşımadığını, Bakı və Daşkəndin Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən strateji xətt yaratdığını göstərir.
Sənəddə qeyd olunur ki, tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunun daha da möhkəmləndirilməsinə sadiqliklərini təsdiq edirlər. Bakı və Daşkənd bununla qlobal sabitliyin tərəfdarı olduğunu bəyan edir.
Qardaşlığımızın mənəvi bağları güclənir
Hər iki ölkə parlamentlər arasında əlaqələrin genişləndirilməsinə kömək edəcək, xalqlar arasında dostluğun inkişafı üçün sosial və ictimai əsası möhkəmləndirəcək və bütün sahələrdə hüquqi əməkdaşlığı gücləndirəcəklər. Bununla yanaşı, Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə şərait yaradır, regionlararası əməkdaşlığın inkişafını dəstəkləyir, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edirlər. Həmçinin, hər iki ölkə turizm potensialının inkişafı və turizm məhsullarının tanınmasının artırılması üçün əməkdaşlığı təşviq edirlər. Müqaviləyə əsasən, iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanmasına hərtərəfli köməklik göstərir, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirirlər.
Bu məqamlar iki qardaş xalq arasında mənəvi bağları, eləcə də təhsil və turizm sahələrini də əhatə edən geniş spektirli əməkdaşlığı daha da gücləndirəcək.
Müqavilədə iki istiqamət Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Avropa xəttində həlledici oyunçu mövqeyini gücləndirir.
1. Tərəflər regional əhəmiyyətli layihələri birlikdə həyata keçirəcək.
Sənəddə qeyd olunur ki, hər iki ölkə bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, “yaşıl” və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinə köməklik göstərirlər.
Burada təkcə iki ölkənin ticarət-iqtisadi əməkdaşlığı üçün yox, həm də region üçün vacib layihələr yer alır.
2. Orta dəhlizin perspektivləri möhkəmləndirilir.
Sənəddə bildirilir ki, hər iki ölkə yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar.
Özbəkistan Orta dəhlizin Mərkəzi Asiya, Azərbaycan isə Cənubi Qafqaz hissəsində əsas qovşaqdır. Nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı əks olunan ödhəliklər hər iki qovşağın birləşməsinə, potensialının artırılmasına, nəticəsi etibarilə Orta dəhlizdə güclü perspektivlərin yaradılmasına xidmət edir.
Ədəbi dostluq haqqında müqavilə Azərbaycan-Özbəkistan, eləcə də hər iki ölkənin qardaş xalqlarının münasibətlərində təməl rolunu oynayacaq.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 23 Avqust 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
-
Elm və təhsil23 Avqust 21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO
-
Rəsmi xronika23 Avqust 21:00İlham Əliyev "Yeni Daşkənd" layihəsi ilə tanış oldu - FOTO/YENİLƏNDİ











.jpg)










.webp)
.jpg)











