Nida Təhlil
BMT-də aldıqları cavab ermənilərin isterik şişirtmələrinin sonudur - İngilis analitik
“Ermənilərin BMT Təhlükəsizlik Şurasındakı çox səs-küylü şousu həqiqətən də uğursuzluqla nəticələndi”.
Bu sözləri Publika.az-a açıqlamasında bitaniyalı tarixçi və siyasi analitik, Britaniya, Türkiyə və Cənubi Qafqaz üzrə bir sıra kitabların müəllifi Patrik Vals deyib. O bildirib ki, Ermənistanın gülünc soyqırımı iddialarına və ya hadisələri blokada kimi təsvir etməsinə çox az dəstək verilib:
“Xoşbəxtlikdən BMT bu cür ittihamların nə qədər ağır və qeyri-ciddi olduğunu anladı. Ermənilər xüsusilə İngiltərənin obyektiv mövqeyinə qəzəbləndilər. Hansı ki, bu da jurnalist kimi maskalanmış təbliğatçı Lindsey Snellin qəzəbli tvitinə səbəb oldu".

"Ehtimal ki, ermənilər Qarabağ məsələsini adi münaqişələrin həlli yolu ilə konfrans masasında həll etməkdənsə, onu beynəlmiləşdirmək cəhdlərində daha çox hiylə işlədəcəklər.
Lakin BMT-də aldıqları bu cavab onların beynəlxalq ictimaiyyətlə isterik şişirtmələri üçün yolun sonu kimi görünür. Yaxşı olar ki, indi onlar işə başlasınlar və tələbə aktivist kimi yox, dövlət adamı kimi davransınlar”,- deyə tarixçi bildirib.
Nəzrin
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir









.jpg)








.jpg)




















