Nida Təhlil
Bu, geridönüşü olmayan bir gedişdir - ŞƏRH
Onların Rusiya vətəndaşlığını alması, rus pasportu daşıyıcısı kimi regionu tərk etməsi geri dönüşü olmayan bir gediş kimi qiymətləndirilməlidir. Əminliklə söyləmək olar ki, Azərbaycan siyasi prinsipiallığını növbəti dəfə nümayiş etdirdi. Çünki dəfələrlə bəyan etmişik ki, qanunlarımızı qəbul etmək istəməyənlər başqa ölkələrə üz tuta bilərlər.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
İ.Hüseynov vurğulayıb ki, Azərbaycan tərəfinin əsas məqsədi Qarabağda dayanıqlı sülhün bərpa olunmasıdır:
"Təbii ki, bunun üzərində fəal iş gedir. Əlbəttə ki, sülh müqaviləsinin əsas şərti regionun hərbsizləşdirilməsi olacaq. Bu, reinteqrasiya prosesini gücləndirə bilər. Ona görə də 60-a yaxın erməniəsilli şəxsin bu gün "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçid etməsi ümidlərimizi artırır. Digər separatçıların da niyyətlərinin mənasız olduğunu dərk edərək, bölgəni tərk edəcəyi gözlənilir".

Ekspert fikrini yekunlaşdırarkən deyib ki, "Laçın" sərhəd-buraxılış məntəqəsinin istifadəyə verilməsinin bu gün önəmli hüquqi-siyasi, diplomatik nəticələrini müşahidə edirik.
Mehti Kamiloğlu
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir









.jpg)








.jpg)




















