Nida Təhlil
Priqojinə sui-qəsdin pərdəarxası: Putin onu niyə indi aradan götürdü? - VİDEO
09:06
“Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin təyyarə qəzasında öldü: ekipaj arasında Priqojinin “sağ əli” adlandırılan Dmitri Utkin və qruplaşmanın “komandanlığında” yer alan digərləri də var idi; təyyarənin əvvəlcədən yerləşdirilən partlayıcı qurğunun partlaması nəticəsində qəzaya uğradığı bildirilir, yaxud qiyamçı Priqojinın ətrafında baş verən proseslər bunun sui-qəsd olduğunu demək üçün faktı əsas götürməyə də ehtiyac yaratmır;
Və beləliklə, Putinə qarşı qiyam qaldıran Priqojin və komandası sıradan çıxdı.
Putinin onun hakimiyyətinə qarşı qiyam edən və nüfuzunu zədələyən Priqojini bağışlamayacağı bəlli idi. Hərçənd, bu sui-qəsddə açar sual var: Priqojin niyə qiyamdan dərhal sonra yox, məhz indi aradan götürüldü?
Baş verənlər – Priqojinin qiyamından tutmuş sui-qəsdinə qədərki proseslər Putinin “Vaqner” üzərindən iki həmlə etdiyi versiyasını ön plana çıxarır:
Birinci həmləsi “qambit” gedişi – üstünlüyünü qurban verərək, daha əlverişli mövqe qazanmaq – idi;
Ukraynada Rusiya qüvvələrinin itkiləri və Putinin nüfuzunun zəifləməsi fonunda Priqojin və Şoyqunun qarşıdurması real olsa da, qiyam Putinin zəifləməsindən daha çox, prosesi “idarəolunan xaos” planı üzrə yönləndirməsi nəticəsində meydana gəldiyi fikrinə diqqət çəkir, xüsusilə qiyam zamanı baş verənlər – “Vaqner”in müqavimət görmədən irəliləməsi, daha sonra geri çəkilməsi və s. – bu ehtimalı daha da gücləndirir. Nəticədə daim problemlər yaradan Priqojin və komandası Ukraynadan çıxarıldı, Rusiya ictimaiyyətində “Putin olmasa, ölkə parçalanar” rəyi önə çıxdı və hakimiyyətə qarşı istənilən təhdidin “dövlətə və millətə təhlükə” olaraq qəbul edilməsi zərurətini yaratdı.
Birinci həmlədə Putin “toxunulmazlıq imicini” qurban verərək, qazana bilmədiyi müharibə fonunda zəifləyən mövqelərini gücləndirdi.
İkinci həmləsi Ukraynada problem yaradan “Vaqner”i Afrikaya yönəltmək və Priqojindən xilas etmək oldu;
Qiyamdan sonra Belarusa köçürülən “Vaqner”in Afrikada aktivləşdiyi müşahidə edilir. Priqojin də Afrikada idi, sonuncu videomüraciətini Qara Qitədən “Afrikanı xilas edirik” formasında oldu. İstisna deyil ki, qiyamdan sonra “toxunulmayan” Priqojinin yeni missiyası “Vaqner”i Afrikada gücləndirmək olub, onun Rusiya-Afrika sammitində boy göstərməsi də bu ehtimalı gücləndirir.
Və bunun Afrikada nüfuz savaşının qızışdığı, Qərb ölkələrinin zəifləməsi fonunda Rusiyanın güclənməsi fonunda baş verməsi əsas diqqət çəkən məqamlardandır. Afrikada mübarizənin qaynar mərhələyə keçdiyi ərəfədə qitədə kifayət qədər təsirə malik olan “Vanqer” Rusiya üçün əhəmiyyətlidir, lakin qiyamda iştirak edən Priqojin və yaxın ətrafının bu işə rəhbərlik etməsi Moskvanın planlarına risklər də vəd edirdi. Bu baxımdan, Priqojin və yaxın ətrafının qiyamdan sonra yox, məhz indi o dünyaya göndərilməsi bundan qaynaqlanır.
Asif Nərimanlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































