Nida Təhlil
Bir Priqojin gedər, yüzü gələr - Rusiyanın Cənubi Qafqaz siyasəti dəyişəcək?
Xəbər verdiyimiz kimi, “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus olan təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin ölüb. Piqojinin ölümü bir çox suallar doğurur. Bu hadisə Rusiyanın dünyanın bir sıra ölkələrində "Vaqner" vasitəsilə reallaşdırdığı layihələrə təsir edə bilərmi?
Məsələ ilə bağlı ehtiyatda olan türkiyəli general Yücel Karauz Publika.az-ın suallarını cavablandırıb.
- Priqojinin ölümü Afrika və Ukraynada olan əməliyyatlara necə təsir edəcək?
- Priqojin ölsə də, işlər davam edəcək. Yevgeni Priqojin təkbaşına hərəkət edən, bu işləri quran, özü bu ölkələrə gedən bir şəxs deyil. Yəni bu, Rusiyanın inkişaf etdirdiyi və həyata keçirməyə çalışdığı bir layihədir. Əvvəldən dövlətin bildiyi bir hadisədir.
Təbii ki, onun ölümü “Vaqner” özəl hərbi şirkətinə ciddi təsir edəcək. Yaratdığı sistemdə ruh düşkünlüyü olacaq. Lakin "Priqojin öldü, bu işlər bitdi" deyə bilmərik. Əminliklə demək olar ki, bu, Rusiyanın “yumşaq güc” istifadə etmə sənətidir.
Priqojinin ölümü Afrika və Ukraynada olan əməliyyatlara təsirsiz qalmayacaq. “Vaqner” üzvlərinin bəzisi işləmək istəməyəcək, ayrı-seçkilik yaranacaq. Amma bu, uzun çəkməyəcək. Çünki hər kəs ay sonunda alacaq maaşı gözləyir. Sistem başqa birinin rəhbərliyi altında davam edəcək. Bu müddət elə də uzun deyil bir, maksimum iki aya hər şey yoluna düşəcək.

- Sudan və Nigerdə baş verən hadisələr “Vaqner”in uğuru idi. Hazırda həmin məsələlərin aqibəti necə olacaq?
- Priqojinin Sudan və Nigerdəki uğurları yox sayıla bilməz. Uğurlar isə Rusiyanın uzun illər ərzində müxtəlif hərbi gücünün regionda möhkəmlətdiyinin göstəricisidir. Ona görə də, həmin ərazilərdə qısamüddətli sakitlik və boşluq müşahidə olunacaq. Lakin su axıb, yolunu tapacaq. Rusiya dövləti qısa zamanda məsələyə uyğun bir həll yolunu tapacaq. Elə dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Afrikada olub. Rusiya Afrikanı ABŞ, Qərb və Çinə vermək niyyətində deyil. Səbəbi isə aydındır, kim, uzun illər yatırım etdiyi ərazini başqasına vermək istəyər ki?

- Priqojinin ölümünün Cənubi Qafqaza təsiri necə olacaq?
- Hələ ki, Cənubi Qafqaza təsiri olmayacaq. Hazırda Rusiyanın Cənubi Qafqazı düşünəcək halı yoxdur. İndi Rusiya Ukrayna və Afrika məsələlərinə fokuslanıb. Bununla yanaşı Suriya və Liviya da Rusiyanın diqqətindədir. Rusiya Cənubi Qafqazda olan məsələlərini Türkiyə və Azərbaycanla birlikdə həll etmək niyyətindədir. Putin münaqişələri həll etmək istəyir. Çox əhəmiyyətli bir şey olmadıqca, Rusiya yeni cəbhəyə girməyəcək. Son olaraq isə onu vurğulayım ki, bir Priqojin gedər, yüzü gələr. Rusiyada Priqojindən çoxdur.
Aysel Şahmar
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar




































