Nida Təhlil
Qisası qiyamətə saxlamayan Putinin mesajı: Qalxan başlar mütləq vurulacaq
Danılmazdır ki, "Vaqner" hərbi qruplaşması Rusiya rəhbərliyinin xeyir-duası ilə yaradılıb və ona başçılıq məhz Vladimir Putinin özünə ən yaxın hesab etdiyi Yevgeni Priqojinə tapşırılmışdı. Əlbəttə ki, belə bir hərbi şirkətin yaradılması Rusiyanın ölkə xaricində müəyyən "qara işlər"inin görülməsinə, imperial siyasətinin həyata keçirilməsinə hesablanıb. Bu plan hazırda da Putinin nəzərdə tutduğu istiqamətdə davam edir. Elə keçən ilin məlumatlarına görə, "Vaqner"çilər tək Mərkəzi Afrikadakı fəaliyyətlərindən Rusiyaya 1 milyard dollara qədər vəsait qazandırıb.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O.Qasımov qeyd edib ki,"Vaqner"in Ukrayna müharibəsində aktiv iştirakı, onların Rusiyada müəyyən kütlələr arasında nüfuzunun artmasına səbəb olub:
"Priqojinin dəstələrinin Rusiya-Ukrayna münaqişəsindəki mövqeyi və bu savaşa fəal surətdə qoşulması, xüsusilə də, 30 minə yaxın üzvünü itirməsinə baxmayaraq, 8 aylıq mübarizədən sonra Baxmut şəhərinin ələ keçirilməsində rolu "Vaqner"in reytinqini pik həddə qaldırdı.
Məhz bu amil müəyyən iddiaların ortaya çıxması ilə nəticələndi. O iddialar isə Rusiyanın dövlət siyasəti və Vladimir Putinin maraqları ilə ziddiyət təşkil edirdi. Nəhayət, bu ziddiyətlər və qarşıdurma 2 ay öncə - iyunun 24-də "Qisas və ədalət" adlı qiyam şəklində təzahür etdi".
"Bu çevriliş cəhdi Rusiya prezidentinin xarizmasına ciddi bir zərbə idi. Hər birimiz Putinin həmin günkü videomüraciətini çox yaxşı xatırlayırıq. Onun necə ağır durumda olduğunu sifət cizgilərindən də sezmək çətin deyildi. Odur ki, Putinin qisası qiyamətə saxlamayacağı dəqiq idi. Rusiya lideri hər zaman ona müxalif olan şəxslərin sıradan çıxarılmasına çalışıb. Demək olar ki, buna da əsasən nail olub. Yəni buradan belə qənaətə gəlmək olur ki, Priqojinin ölümü təsadüfi bir qəzanın deyil, planlaşdırılmış sui-qəsdin nəticəsidir", - politoloq bildirib.
Siyasi ekspert yekun olaraq onu da əlavə edib ki, Rusiyanın Tver vilayətindəki təyyarə qəzası hakimiyyətin ölkədə rejim dəyişikliyi fikrinə düşənlərə, çevrilişə can atanlara "Qalxan başlar mütləq vurulacaq" mesajı kimi qiymətləndirilməlidir.
Mehti Kamiloğlu
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
ABŞ10:05Maskın atası: "Zelenski Prezident deyil!"
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir









.jpg)







.jpg)

.jpg)


.jpg)
















