Nida Təhlil
Separatçılar sülhməramlılara atəş aça bilərlər: Bakı hansı addımı atacaq? - VİDEO
"Qarabağda olan revanşist qüvvələrin, xalqı ayağa qaldırıb yenidən müharibə etməsi təbii ki, mümkün deyil. İstər Ermənistanda yaşayan ermənilər, istər Qarabağda yaşayan sadə ermənilər artıq bu müharibədən beziblər və onun perspektivsizliyini bir daha son BMT müzakirələrində gördülər".
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov deyib. O bildirib ki bu səbəbdən separatçıların erməni əhalisinin terrorçuları dəstəkləməməsi barədə etirafları təbiidir, yerindədir:
"Çox böyük qarşıdurma olacağına inanmıram. Müəyyən məqamlar ola bilər. Amma orada hələ ki, Rusiya sülhməramlıları olduğu üçün Azərbaycan ordusunun ora gedib hər hansı bir səliqə-səhman yaratmasına ehtiyac yoxdur. Əgər o qarşıdurmalar böyüyərək rus ordusuna qarşı da yönəlsə, hansı ki, biz bunun müəyyən simptomlarını gördük, silah açılarsa, təbii ki, məlum kontingent onlara qarşı döyüşə bilməz.
Çünki onların sayı azdır, kifayət qədər deyil. O anda Azərbaycan xüsusi təyinatlıları qısa bir zaman kəsiyində lokal əməliyyatlar keçirərək həmin yaraqlıları tərksilah edə bilər. Ancaq mən düşünürəm ki, hələ ki, danışıqlar gedir. Sadəcə olaraq Fransa tərəfi Azərbaycana diplomatik təzyiqlər göstərmək istəyir. Amma Azərbaycan tərəfinin də bu təzyiqlərə davam gətirə biləcəyi göz önündədir. İstəyirlər ki, oradan guya Fransanın özünün göndərdiyi humanitar yardımlar keçsin. Azərbaycan heç bir halda qeyri-qanuni olaraq sərhədlərin açılmasına yol verməyəcək. Onlar üçün də konkret olaraq marşrutu göstərir".

Fransanın Azərbaycana qarşı törətdiyi son əməliyyatlar haqqında danışan ekspertin sözlərinə görə, Makron erməniləri bəhanə edərək öz nüfuzunu artırmağa cəhd edir:
"Fransanın son təxribatları ona hesablanıb ki, SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda Avropa tərəfindən Fransa təhkimliyi var idi. Fransa Cənubi Qafqaz respublikalarının qərbə, yəni Avropa İttifaqına, Avropa institutlarına inteqrasiyasına cavabdeh idi. Amma 44 günlük müharibə bütün konfiqurasiyanı dəyişdi. Həmçinin Makronun və ondan əvvəlki iqtidarların Fransa siyasətindəki uğursuzluqları, onları nəinki Qafqazda, keçmiş sovet məkanında, həmçinin göründüyü kimi, istər Ukrayna-Rusiya qarşıdurmasında, istərsə də Afrikada uğursuzluğa düçar elədi. Beş fövqəl ölkədən biri son vaxtlar yararsız iqtidarların, birinci növbədə elə Makronun apardığı siyasət nəticəsində hər gün, hər an uğursuzluğa düçar olur.
Ona görə də bu gün onlar orada yaşayan bir ovuc ermənini bəhanə edərək öz ölkələrinin nüfuzunu qaldırmağa çalışırlar. Məsələ bundan ibarətdir. Hər hansı bir qardaş yardımı və ya hüquq pozuntusu ikinci dərəcəli bir şeydir".
Nəzrin Cavadzadə
-
ABŞ19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ












.jpg)

.jpg)



.jpg)



















