Nida Təhlil
Azərbaycan seçimini edib - Ermənistan hələ də inanır ki...
“Erməni separatçılığı XX-xxı əsrin ən ağır problemlərindən biridir və bu separatçılığın arxasında dünyada müəyyən qüvvələr durur. Türk dünyasına, Azərbaycana, Türkiyəyə qarşı qəsd hazırlayan müəyyən xaricdəki siyasi dairələr erməni separatçılığını həmişə dəstəkləyiblər və dəstəkləməyə davam edirlər”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadə deyib. O bildirib ki, Fransanın açıq şəkildə Ermənistanın Azərbaycana qəsdini, Qarabağ iqtisadi zonamızda erməni separatçılarını dəstəkləməsi Fransa xarici siyasətinin aparıcı xəttinə çevrilib:
"Fransanın Ermənistandan çox ermənilik etməsi hər kəs üçün aydındır. Ancaq bunların artıq Azərbaycan suverenliyinə ağır zərbə vurması dövrü çoxdan keçib. Azərbaycan ulu öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində güclü bir müstəqil dövlət qura bilib və bu müstəqil dövlətin sükanı arxasında bu gün cənab Prezident durur.
Onun apardığı siyasət Azərbaycanın suverenliyinin qorunmasına, xarici qüvvələrin daxili işlərimizə qarışmasının qarşısının alınmasına imkan verir. Son dövrlərdə Laçın dəhlizi məsələsinin siyasiləşdirilməsi, əslində Azərbaycanın müstəqilliyinə qarşı edilən çox ciddi bir təxribatdır.
Söhbət heç də Qarabağ iqtisadi zonasında yaşayan 20-30 min erməni sakininə ərzaq yardımı aparılmasından getmir. Əslində onların ərzağa ehtiyacı da yoxdur. Sosial şəbəkələrdə, saytlarda yayılan video süjetlərdə biz heç də ac, çətinlik çəkən insanlar görmürük. Söhbət Azərbaycanı öz müstəqilliyindən, suverenliyindən əl çəkməyə məcbur etməkdən gedir. Bu isə heç vaxt baş verməyəcək və istənilən təxribata qarşı Azərbaycan layiqli cavab verməyə həmişə hazırdır, bunu bacarır”.

Deputat qeyd edib ki, Paris merinin bu təxribatın başında Azərbaycan sərhədinə qədər gəlməsi, əslində siyasi manipulyasiyadır:
“Gəlmələri ilə qayıtmaları da bir oldu. Bu, həmişə belə olacaq. Ancaq Azərbaycanın suverenliyinə hörmət etməklə daxili işlərinə qarışmamaqla, normal, yaxşı münasibətlər qurmaq olar. Ermənistan bu gün hələ də torpaqlarımıza olan iddiasından əl çəkmir. Ermənistan hələ də çirkin niyyətlərini hansısa böyük bir gücün həyata keçiriləcəyinə inanır.
Ancaq unudur ki, tarixi bir şansı buraxır. Azərbaycanla nə qədər tez sülh müqaviləsi bağlayarsa, bir o qədər də öz problemlərini tez həll edə bilər. Özünütəcrid vəziyyətinə salmaqla, Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasəti yeritməklə Ermənistan özü üçün yeni, ağır problemlər yaradır. Seçim onlarındır Azərbaycan söz seçimini edib. Müstəqillik, suverenlik, daxili problemlərimizi özümüzün həll etməsi, bir dövlət kimi güclənməyimiz, beynəlxalq birlikdə nüfuzumuzun artması, demokratiyanın və insan hüquqlarının möhkəmlənməsi və s. bu kimi müasir prinsiplər Azərbaycan daxili həyatının əsas prinsipləridir”.
Nəzrin Cavadzadə
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar



































