Nida Təhlil
Köçəryan-Sarkisyan qruplaşmasına Rusiya dəstəyi: Yeni müharibə olarsa...
Ümumiyyətlə, Ermənistanda revanşistlərin hakimiyyətə gəlmələri real görünmür. Əgər gəlsələr belə, onlardan xoşməramlı nəsə gözləmək əbəsdir. Çünki bu qruplaşma indiyədək hansı prinsipial razılıqlar əldə olunubsa, hamısını kobud surətdə pozub. Hər zaman qeyri-sabit yanaşmaların şahidi olmuşuq.
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

İ.Vəlizadə, Köçəryan-Sarkisyan qruplaşmasının Ermənistanda yenidən hakimiyyətə gələcəyi təqdirdə, bölgədə hansı proseslərin baş verəcəyini açıqlayıb.
"Onlar ruspərəst qüvvələrdir. Aydındır ki, Rusiyanın müəyyən dairələri o kəslərin hakimiyyətə gəlməsində maraqlıdır. İstəyirlər ki, Cənubi Qafqazda Rusiyaya yönəlik kurs davam etdirilsin. Lakin Rusiyanın ali siyasi rəhbərliyinin bu planı dəstəklədiyi inandırıcı deyil. Çünki bölgədə yeni müharibə separatçı siyasətin sonunu gətirəcək. Rusiya isə Ermənistanı açıq şəkildə müdafiə edə bilməyəcək. Məcburdur ki, Azərbaycanla, Türkiyə ilə üz-üzə gəlsin. Bunu istəyərmi? Əlbəttə, xeyr", - politoloq bildirib.
Ekspert onu da qeyd edib ki, Paşinyan bu gün sadəcə oyun oynayır və regionda təhlükəsizliyin təmin olunması istiqamətində Ermənistan baş nazirinin heç bir əməli addımı nəzərə çarpmır:
"Düzdür, onun Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanat özlüyündə müsbət bir yanaşmadır. Lakin bizə yalnız sözdə deyil, əməldə təsdiq lazımdır. Nikol Paşinyan əslində reallığı qəbul edir, amma onun icrası ilə məşğul olmur. Bu da, bir tərəfdən Ermənistandakı daxili siyasi faktorlarla əlaqədardır. Digər tərəfdən isə xaricdəki erməni diasporası, əsasən də, Amerikada və Fransada yaşayan ermənilər ona güclü təzyiq göstərir. Paşinyan da ona görə düşünür ki, erməni siyasi qütblərinin arasında daha balanslaşdırılmış siyasət yürütməyə nail ola bilər. Bu səbəbdən də vaxtı uzadaraq, sülh prosesini ləngidir".
Mehti Kamiloğlu
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı









































