Nida Təhlil
Rusiya Paşinyanı devirmək istəyir: Yeganə çıxış yolu odur ki...
“Ermənistanın baş naziri Nikol Paşinyan qondarma Dağlıq Qarabağ Respublikasının “müstəqilliyi” ilə bağlı təbrik məktubunda bundan əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edən bir mövqe ortaya qoydu. Bu populizm siyasətinin davamı kimi izah oluna bilər”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, Ermənistan Prezidenti eyni zamanda daxili auditoriyanın rəğbətini qazanmaq və Azərbaycanla sülh prosesinə kölgə salmaq məqsədilə bu təbriki ünvanlayıb:
“Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Qarabağ da daxil olmaqla sərhədlər məsələsində razılığın əldə olunmasına baxmayaraq, Nikol Paşinyan aqressiv separatizm siyasətini davam etdirir. Eyni zamanda Araik Artyunyandan sonra mövqelərə yiyələnən qruplaşma "Qarabağ klanı"nın möhkəmləndiyini nümayiş etdirir. Bu, həm də Nikol Paşinyan üçün bir siqnaldır ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verə, rusiyameylli qüvvələr əlini gücləndirə bilər.
2018-ci ildən sonra Nikol Paşinyan hakimiyyətə gələrək Qərbpərəst siyasət yürüdüb. Bu, demokratiya pərdəsi altında olan münasibətləri özündə birləşdirir. Lakin Rusiyanın da marağı var ki, Nikol Paşinyan hakimiyyəti tərk etsin. Artıq bu proses başlanıb və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqdan sonra getdikcə sürətlənib. Biz Rusiya- Ermənistan münasibətlərində xarici işlər nazirləri səviyyəsində olan ziddiyyətlərdə də bunu görürük”.

O bildirib ki, Ermənistan üçün yeganə çıxış yolu sülh müqaviləsinin imzalanmasıdır:
“Koçaryan-Sarkisyan qruplaşması həm də Ermənistanda keçirilən nümayişlərdə yer alır. Özlərini yeni bir qüvvə kimi siyasət meydanına atmağa çalışırlar. Bu qruplaşma, şübhəsiz ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxır, Brüssel formatında keçirilən danışıqlara mane olur və bu, aydın şəkildə seziləndir. Hakimiyyəti təhdid edirlər, müxtəlif tələblər irəli sürürlər.
Parlamentdə yer alan müxalifət cəbhəsini təşkil edən deputatlar qalmaqallı çıxışlar edirlər və bu siyasi proseslərə mənfi təsir göstərir. Amma yeganə çıxış yolu əlbəttə ki, sülh müqaviləsi, təhlükəsizlik sisteminin dayanıqlığı və sabitliyin əldə olunmasıdır. Azərbaycan bu tezislərdə qərarlıdır. Bizim üçün önəmli olan regional sülhün bərpa olunmasıdır. Lakin Ermənistanın daxilində bu gün baş verən proseslər birbaşa olaraq sülhün əldə olunmasına qarşı bir müqaviməti özündə ehtiva edir”.
Nəzrin Cavadzadə
-
ABŞ19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ












.jpg)

.jpg)



.jpg)



















