Nida Təhlil
Rusiya Ağdam yolunu dəstəkləyir: Moskvadan separatçılara göstəriş nə vaxt gələcək?
Moskva humanitar yüklərin Ağdam-Xankəndi marşrutu üzrə maneəsiz buraxılmasının tərəfdarıdır. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova dünən bununla bağlı rəsmi mövqeyi açıqladı və qeyd etdi ki, “məsələni siyasiləşdirməyə ehtiyac yoxdur”.
Bu, rəsmi Bakının mövqeyinin güclənməsi və Ağdam-Xankəndi marşrutunun açılması imkanları baxımından əhəmiyyətlidir.
Birincisi, Rusiya sülhməramlı kontingentinin bölgədə olması Moskvanın separatçılara təsir imkanlarının olduğu deməkdir;
İkincisi, Bakının mövcud vəziyyətdə Xankəndiyə humanitar yardım çatdırmasına praktiki olaraq, Rusiya yardım edə bilər;
Əslində Moskvanın öz hədəfləri var: Laçın yolundan yüklərin buraxılmasına nail olmaq istəyir və bunun üçün Bakının tələbini qəbul edir, daha doğrusu, buna məcburdur. Və Qarabağ məsələsində Bakı ilə mövqeləri toqquşsa da, kənar oyunçuların Laçın yolu üzərindən bölgəyə müdaxiləsinin qarşısının alınması məsələsində uzlaşır.
Rəsmi Bakıya Ağdamdan Xankəndiyə girişin qapısının açılması, prosesin başlanması lazımdır. Sonrakı prosesdə Ağdam marşrutunu əsas daşıma yoluna çevirmək imkanları genişdir, hətta Rusiya ilə mövqeləri toqquşsa belə, Laçın postu hadisələrin inkişafına yön vermək baxımından Bakının əlini gücləndirir.
Moskvanın mövqeyini açıq elan etməsi Ağdam-Xankəndi yolu ətrafında proseslərin inkişafına da təsir edəcək. Hazırda separatçılar təxribatçı qruplar vasitəsilə yolu bloklamaqla müqavimət göstərməyə çalışır, lakin Moskvadan göstəriş gələn kimi geri çəkilməyə məcbur olacaqlar. İstisna deyil ki, Moskvanın göstərişi Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında növbəti dəfə müzakirələr keçirməsindən öncə ola bilər. Və bununla Fransanın timsalında Qərb ölkələrinin “Qarabağda humantar fəlakət” iddiaları üzərindən bölgədəki proseslərə müdaxiləsinin qarşısını almağa çalışacaq.
Asif Nərimanlı
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı









































