Nida Təhlil
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
Təəssüf ki, müharibədən ötən 3 il ərzində Azərbaycanın sülh niyyətləri diqqətə alınmadı. Ermənistan bu niyyətləri manipulyasiya etdi və nəticədə antiterror tədbirlərinin həyata keçirilməsi məcburiyyətini yaratmış oldu. Bu tədbirlərlə bütün dünyaya bir daha nümayiş etdirdik ki, məqsədimiz suveren hüquqlarımızın bərpa edilməsi və regionda sülh yaratmaqdan ibarətdir. Elə Prezidentin xalqa müraciət nitqindəki fikirlər də bu ardıcıllığa söykəndi. Ölkə başçısının nitqi ilk növbədə, Azərbaycanın suveren hüquqlarının bərpası, ikincisi, Qarabağda yaşayan ermənilərin bir qrup "Daşnakstyun" ideyaçılarının və separatçıların girovundan azad edilməsi və nəhayət, Cənubi Qafqazda rifahın yaranması kimi 3 mühüm istiqamətdə təşkil olunmuşdu.
Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin xalqa müraciətini şərh edərkən millət vəkili Hikmət Babaoğlu bildirib.
Deputat hesab edir ki, istər antiterror tədbirləri, istərsə də onun ardınca Yevlaxda baş tutan görüş Azərbaycanda yaşayan ermənilərin tarixinə zərərli ideologiyalardan xilas olunma hadisələri kimi daxil olacaq.
"Xalqa müraciət nitqindəki sonuncu blok, şübhəsiz ki, Azərbaycan Prezidentinin regionun lideri kimi davranışının, o cümlədən, qlobal liderlərdən biri olduğunun göstəricisi idi. Çünki İlham Əliyev bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan regionun ümumi mənafeyini yalnız sülh əsasında birləşdirmək niyyətindədir. Düşünürəm ki, həm 44 günlük müharibə dövründə, həm də ondan sonrakı üç il ərzində regionda yenidən müharibəni alovlandırmaq istəyən bəzi Qərb dövlətlərinin niyyətləri də puça çıxmış oldu. Azərbaycan bir daha göstərdi ki, bölgənin qan çanağına çevrilməsinə imkan verməyəcək", - millət vəkili əlavə edib.
Mehti Kamiloğlu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































