Nida Təhlil
Paşinyan ilişdi: Ermənistan xaosa təslim oldu
Azərbaycanın 24 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə Qarabağdakı separatçı ermənilərin nəzarətində olan bölgəni götürməsi Ermənistanı sarsıtmaqda davam davam edir. İrəvanda minlərlə insan küçələrə axışıb. İstefanı rədd edən Baş nazir Paşinyan Rusiyanı günahlandırır.
Publika.az “CNN Türk”ə istinadən xəbər verir ki, çətin vəziyyətdə olan və ardıcıl məğlubiyyətlərini erməni xalqına izah etməkdə çətinlik çəkən Ermənistanın Baş naziri Nikol Paşinyan ona qarşı olan təzyiqləri azaltmaq üçün çıxışlar edir. Paşinyan həmçinin ona qarşı sui-qəsdin hazırlandığı, digər tərəfdən hərbi çevriliş təşkil edildiyinə dair iddialara görə, üzərinə təzyiqləri azaltmaq üçün sıx səylər göstərir. Paşinyan isə baş verənlərə görə Rusiyanı ittiham edən bəyanatlar verir.
Müxalifət Paşinyanın öz razılığı ilə postunu tərk etməsi üçün təzyiqləri artırır. 4 gündür ki, İrəvan küçələri Paşinyan əleyhinə etiraz aksiyaları ilə qaynayır. Etirazçılar şəhərin meydanlarını və əsas küçələrini zibil qutuları, yol nişanları kimi əşyalarla bağlayıblar. Aksiya iştirakçıları “Satqın Paşinyan” şüarları səsləndirməklə onu hədəfə alıb, Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı söyüşlər səsləndiriblər.

Baş nazir Paşinyan açıqlamasında bildirib ki, onu hakimiyyət kürsüsündə kimin əvəz etməsindən asılı olmayaraq, ölkəsini də eyni aqibət gözləyir.
"Bizim həyati məsələmiz ölkəmizin sağ qalmasıdır” başlığı ilə Ermənistan xalqına ünvanladığı yeni nitqini dərc edən Paşinyan deyib:
“2020-ci ildə ikinci Qarabağ müharibəsindən başlayaraq biz suverenliyi və suverenliyi təhdid edən dəhşətli burulğana düşdük. İkinci Qarabağ müharibəsindən sonra Qarabağ münaqişəsi bölgəsinə sülhməramlı kimi gələn rus əsgərlərinin oradakı insanların təhlükəsizliyini təmin etmək əvəzinə Azərbaycan tərəfi ilə əməkdaşlıq etdiklərini gördük”.

Paşinyanın iddiaları ilə bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistan son günlər baş verən hadisələr fonunda son dərəcə emosional hərəkət edir:
“Lakin biz baş verənlərə görə, Rusiyanın günahlandırılmasını qətiyyən qəbul etmirik və heç vaxt qəbul edə bilmərik”.
Digər tərəfdən, ABŞ dövlət katibinin müavini Yuri Kim və ABŞ-ın Beynəlxalq Əlaqələr Agentliyinin USAID direktoru Samanta Pauer Qarabağdakı hadisələri müzakirə etmək üçün İrəvana gediblər.

Aysel Şahmar
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































