Nida Təhlil
Bu, həmin Vardanyandır ki, Azərbaycanla... - ŞƏRH
Erməni millətçiləri elə hesab edirdilər ki, Azərbaycanın torpaqlarını, tarixini, mədəniyyətini mənimsəyə biləcəklər. Onlar Azərbaycan ərazisində separatçı bir rejim yaratmaqla ölkəmizə meydan oxuya biləcəklərini düşünürdülər. Amma axı tarixi ədalət gec-tez öz yerini tapır. Bunu unutmaq olmaz.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadə bildirib.
Millət vəkili Rusiyadan ölkəmizin ərazisinə qeyri-qanuni şəkildə daxil olaraq, separatçı rejimin rəhbərlərindən birinə çevrilmiş Ruben Karleni Vardanyanın Azərbaycanı tərk edərkən saxlanılmasına münasibət bildirib:

"Xatırladım ki, bir neçə gün bundan öncə o, Xankəndini tərk etməyəcəyini bildirmişdi. Lakin nədənsə vəziyyət dəyişən kimi oradan qaçmağa üz tutdu. Bu, həmin Vardanyandır ki, təqribən 1 il bundan əvvəl Azərbaycanın hakimiyyət orqanlarının separatçı rejimin qanunsuz olaraq fəaliyyət göstərdiyi ərazidə təbii sərvətlərin vəziyyətini yoxlamaq üçün göndərdiyi komissiyanın fəaliyyətinə mane olmuşdu. Bununla yanaşı, Azərbaycan Mərkəzi hakimiyyətinə xəbər göndərərək, danışıqların ancaq onunla aparılmasını tələb etmişdi. Vardanyan, eyni zamanda, vaxtaşırı dünyanın tanınmış mətbuat orqanlarına Azərbaycanla bağlı yalan, böhtan və təhqirlərlə dolu məlumatlar təqdim edirdi. Baxın, bu gün isə ölkəmizdən qorxaqcasına qaçmaq istəyir. Bu istək onun bir təxribatçı, cani olduğunu sübuta yetirir".
A.Mirzəzadə əlavə edib ki, Ruben Vardanyan ölkəmizin ərazi bütövlüyünə qarşı fəaliyyətinə görə qanunlar qarşısında cavab verməlidir və onunla birlikdə digər canilər də məhkəmə önünə çıxarılmalıdır.
Mehti Kamiloğlu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































