Məşhur nəşr: Azərbaycanın qələbəsi Aİ-ni dəyişdi - İndi təşkilatda hesab edirlər ki...
Bizi izləyin

Nida Təhlil

Məşhur nəşr: Azərbaycanın qələbəsi Aİ-ni dəyişdi - İndi təşkilatda hesab edirlər ki...

Qələbədən sonra Aİ-də Azərbaycan haqqında təsəvvür tamamilə dəyişib. Avropalı parlamentarilər Azərbaycanı düzgün görməyə başlayıblar və ona “təhlükəsizlik tərəfdaşı” kimi yanaşmaq lazım olduğunu düşünürlər. Baş ofisi Aİ təsisatlarının da yerləşdiyi Belçikanın paytaxtı Brüsseldə yerləşən “EU Reporter” nəşrində Azərbaycanın qələbəsi ilə bağlı mühüm pərdəarxası məlumatlar yer alıb. Nəşrin siyasət redaktoru Nik Pauell “Qarabağ dondurulmuş münaqişə ideyasını qəbul edənlərə sərt dərs verdi” başlıqlı məqalədə Azərbaycanın Qarabağ qələbəsindən əvvəl və sonra Aİ lobbilərində deyilənləri oxuculara açıqlayıb.

Publika.az xəbər verir ki, nəşrdə erməni separatçılarının müstəqil dövlət yaratmaq xülyasının Azərbaycanın yekun və qəti qələbəsi ilə başa çatmasından sonra Aİ-də iki ölkə arasında münasibətlərə dair təsəvvürün tamamilə dəyişdiyi barədə məlumat yer alıb. Məqalədə Azərbaycanın qələbəsindən sonra Avropa ölkələrində 40 ildir davam edən “dondurulmuş münaqişə” konsepsiyasının artıq qüvvədən düşdüyü və Azərbaycanın bu qələbə ilə bütün dünyaya öz müstəqilliyini qorumaq əzmini nümayiş etdirdiyi qeyd edilib:

“Azərbaycan mədəniyyətinin ürəyi sayılan Qarabağda uzun illər ermənilər hökmranlıq ediblər. Halbuki həm beynəlxalq qanunlara, həm də iki ölkənin Sovet Rusiyasından müstəqillik əldə etməsinə imkan verən müqavilələrə görə, Qarabağ əvvəldən Azərbaycanın bir hissəsi kimi tanınıb. Azərbaycan 2020-ci ildən bəri heç bir halda beynəlxalq hüquq çərçivəsində bu hüququndan əl çəkməyəcəyini açıq şəkildə bəyan etsə də, həm Rusiya, həm ABŞ, həm də Aİ Azərbaycanın 2020-ci il qələbəsinin azərbaycanlıları qane edəcəyinə və Qarabağla bağlı bir daha münaqişə olmayacağına ümid edirdi. Ancaq indiki qələbə ilə Qarabağın Azərbaycanın bir hissəsi olduğuna inam Aİ-də özünü büruzə verməyə başlayıb”.

Aİ lobbilərindən alınan məlumata görə, təşkilatın yüksək rütbəli rəsmiləri Avropanı münaqişə ilə bağlı “çaşqın” və “qərəzli” mövqeyinə görə tənqid edirlər. Aİ parlamentariləri hesab edir ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel həm Azərbaycan, həm də Ermənistan liderlərinə müraciət edərək vasitəçi rolunda çıxış edib, lakin digər tərəfdən Aİ-nin Ali Nümayəndəsi Xosep Borell hərbi fəaliyyətləri dayandırmağa çağırmaqla Azərbaycana qarşı ziddiyyət yaradıb.

Aİ hesab edirlər ki, ikinci münaqişə ona görə baş verib ki, Aİ ABŞ və Rusiya ilə birlikdə münaqişələrin bitdiyi barədə Ermənistana adekvat xəbərdarlıq etməyib. Parlamentarilər həmçinin Aİ-nin Ermənistana “qəti sülh şərtləri üçün masa arxasına oturması” üçün təzyiq göstərməsini istəyirlər. Aİ daxilində bəzi parlamentlər indi düşünürlər ki, “son qələbə ilə Azərbaycan Aİ üçün təkcə neft və təbii qaz tərəfdaşı kimi deyil, həm də Cənubi Qafqazda təhlükəsizlik və sülh tərəfdaşı kimi görünməlidir”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm