Nida Təhlil
Azərbaycan üçün Xorvatiya nümunəsi: Aİ və NATO-ya üzvlük yolu açılır?
Qərb və Azərbaycan münasibətlərində müəyyən gərginlik müşahidə olunduğu vaxt, Ceymstaun Fondunun baş elmi işçisi Yanuş Buqayski “Politico.eu”da ölkəmizlə konstruktiv əməkdaşlığın mümkünlüyü haqda məqalə dərc edib. Məqalədə deyilir ki, Ermənistanla otuz ildir davam edən silahlı münaqişədən sonra bu ilin sentyabrında işğal olunmuş ərazilərini tam geri qaytaran Azərbaycan Cənubi Qafqazın konstruktiv oyunçusuna çevrilə bilər. Bunun üçün ABŞ, Aİ və Türkiyə vasitəçilik prosesinə rəhbərlik etməlidir, çünki onlar regionda təhlükəsizlik və iqtisadi əlaqələri gücləndirə biləcək nizamlanmadan birbaşa faydalanacaqlar.
Müəllifə görə, bu transformasiyanın ilk əlaməti tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması olub. Rusiya və İran indiyədək sülh prosesini inhisara almağa çalışsa da, ABŞ və Aİ həddən artıq passiv davranıblar – baxmayaraq ki, həm Bakı, həm də İrəvan Amerika və Avropanın iştirakını dəstəkləyirdi.
Azərbaycanın Qarabağı geri qaytarmasının sürətli əməliyyat olduğu, bunun Xorvatiyanın 1995-ci ilin yayında keçirdiyi hərbi əməliyyata bənzədiyi vurğulanır. Xatırladılır ki, həmin əməliyyat sayəsində Xorvatiyanın Aİ və NATO-ya üzvlük yolu açılıb, belə bir perspektivin Azərbaycan üçün də mümkünlüyünə eyham edilir.
Qeyd edilir ki, beynəlxalq təşkilatların, o cümlədən BMT missiyasının hesabatlarına görə, Azərbaycan hərbçiləri Qarabağda dinc əhaliyə etnik təmizləmə yolu ilə hücum etməyib, əksinə, erməni əhalisinin köçü separatçı liderlər tərəfindən törədilib: “Lakin istənilən gələcək sülh sazişinin bir hissəsi kimi həm ermənilərin, həm də üç onillik müharibə nəticəsində didərgin düşmüş azərbaycanlıların öz əcdadlarının torpaqlarına qayıtmaq hüququ olmalıdır”.
Müəllifə görə, təcili olaraq Ermənistanın suverenliyini pozmadan Zəngəzur-Sünik dəhlizinin açılması ilə bağlı razılıq əldə olunmalıdır: “Azərbaycanla onun Türkiyə sərhədi yaxınlığında yerləşən Naxçıvan anklavı arasında avtomobil və dəmir yolu əlaqələri Xəzər hövzəsini Türkiyə və NATO ərazisi ilə birbaşa birləşdirən qiymətli ticarət marşrutuna çevrilə bilər. Bu, həmçinin İranın bölgədəki təsirini azaldacaq və Qərbin Mərkəzi Asiya ilə əlaqələrini gücləndirəcək”.
Analitik hesab edir ki, İrəvanın bu cür addımları Gürcüstanı Rusiyanın işğal etdiyi əraziləri geri almağa sövq edəcək. Moskva zəiflədikcə, Tbilisi separatçı Abxaziya və Cənubi Osetiya regionlarına daha sərbəst federal struktur təklif edə bilər, eyni zamanda Şimali Osetiya və digər Şimali Qafqaz respublikalarını Rusiyanın getdikcə köhnəlmiş təsir dairəsindən ayrılmağa təşviq edə bilər.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR









.jpg)



















.jpg)










