Nida Təhlil
Qazaxların film kimi cavabından sonra Tokayev Putini PƏRT ETDİ
Putin 2014-cü ildə “Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb, Nazarbayev bu ərazidə dövlət qurub” sözlərindən sonra qazaxlar “Rusiya prezidentinə tarixi kitab” adlı etiraz kampaniyasına başladı. Buna paralel olaraq, dövlət sifarişi ilə “Qazaxfilm” Qazaxıstan ərazisində mövcud olmuş tarixi dövlətlərlə bağlı kifayət qədər ciddi filmlər çəkdi: “Tomris” filmi belə uğurlu layihələrdəndir, o cümlədən, “Qızıl orda” Rusiyaya “sizin dövləti də biz yaratmışıq” mesajını verdilər;
2017-ci ildə Nazarbayevin sərəncamı ilə latın əlifbasına keçid layihəsinə start verilib. Layihənin 2025-ci ildə başa çatması planlaşdırılır. Putinin o sözünə görə Rusiyanı belə demək mümkünsə, peşman etdilər. Çünki Nazarbayev Rusiya ilə nə qədər müttəfiq olsa da, Lukaşenko deyildi və dövlət məsələsində prinsipial mövqe sərgiləyirdi.
Tokayev də Putinin Qazaxıstanı “tamamilə rusdilli ölkə” adlandırmasına dərhal verdiyi reaksiya ilə eyni prinsiplərə sadiq olduğunu göstərdi. Və istisna deyil ki, bundan sonra Rusiyaya “Qazaxıstanın tamamilə rusdilli ölkə olmadığını” praktiki addımlarla hiss etdirəcəklər. Çünki Putinin bu sözləri əslində 10 il öncəki iddiasını fərqli formada davam etdirmək və rəsmi Astananı hibrid müharibədə istifadə etdikləri “rusdilli xalq” taktikası ilə hədələməkdir.
Asif Nərimanlı
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov















.jpg)


















