Nida Təhlil
Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb.
- Türkiyə baş verənləri yaxndan izləyir və gərginliyin böyüməsində maraqlı deyil;
- Əliyev də qarşıdurmanı genişləndirməyin tərəfdarı deyil;
Bakı-Moskva xəttində təmas kanallarının çətinləşdiyi vaxtda Əliyevin mövqeyinin Ərdoğanın təqdim etməsi təsadüfi deyil. Çünki baş verənlərə liderlərin açıq münasibət bildirməsi gərginliyi artıra bilər, eyni zamanda, bu, Moskvaya Ankaranın Bakının yanında olduğu və hadisələrin mümkün inkişafında prosesə müdaxilə edə biləcəyinin mesajı kimi dəyərləndirilməlidir. Hərçənd, nə Bakı, nə Ankara gərginlikdə maraqlı deyil. Bu halda bir sual önə çıxır:
- Moskva Azərbaycan-Rusiya gərginliyinin səbəblərini aradan qaldıracaqmı?
Söhbət AZAL-ın vurulan təyyarəsindən başlamış Yekaterinburq hücumuna qədərki proseslərdən gedir. Bakının bu məsələlərdə Moskvadan gözlədikləri – hadisələrin hüquqi müstəvidə ədalətli araşdırılması və buna uyğun addımların atılması – qüvvədən düşməyib. Ərdoğanın “lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür” sözləri də əslində Bakının istəklərini ifadə etməsidir.
Rusiyanın bu hadisələrlə bağlı ədalətli mövqe sərgiləyəcəyi ehtimalı əvvəldən az olub, Yekaterinburq hücumu və soydaşlarımıza qarşı etdiklərindən sonra bu, sıfırın altına düşdü. Bu kontekstdə hadisələrin iki mümkün istiqamətdə inkişafı ola bilər.
1. Ankara Bakı-Moskva xəttində pərdəarxası vasitəçilik edir və “lokal hadisələr” Putin-Əliyev-Ərdoğan müstəvisində tərəfləri qane edəcək formada həll edilir;
2. Bakı-Moskva xəttində təmaslar bərpa olunur, lakin bu məsələlərin həlli ilə bağlı müzakirələr davam etdirilir;
Qarşıdurma heç bir tərəfə sərf etmir, lakin problemin həlli ilə bağlı hər iki variantın mümkünlüyündə çətinliklər var, çünki “lokal hadisələr”in arxasında Cənubi Qafqazdakı mövqelər uğrunda mübarizə dayanır. Ərdoğanın dedikləri gərginlik atmosferinin yumşaldılması ilə yanaşı, Türkiyənin bu mübarizədə Azərbaycanın yanında olduğu mesajını çatdırmaq məqsədi daşıyır.
Asif Nərimanlı
-
Qoroskop01:20Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Cənubi Qafqaz6 İyul 22:18Tbilisinin mərkəzində torpaq sürüşməsi
-
İdman6 İyul 21:39Tramp o məsələ ilə bağlı İnfantinoya zəng etdiyini təsdiqlədi
-
Hadisə6 İyul 20:48Mərdəkanda dənizdə bir ailənin 4 üzvü batdı - İkisi xilas olundu
-
ABŞ6 İyul 19:40İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq - Tramp
-
Hadisə6 İyul 19:10Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu
-
Sosial6 İyul 19:00FHN-dən çimərliklərə gedənlərə xəbərdarlıq
-
Dünya6 İyul 18:50Kiyevə kütləvi hava zərbələri: ölü sayı artdı - Yeniləndi
























.jpg)







.jpg)






