Nida Təhlil
Rusiya regiondan çıxarılır – Vensin İrəvan-Bakı xəttində strateji planı
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin İrəvana səfəri Ermənistanda Moskva-Vaşinqton qarşıdurmasını da gündəmə daşıdı. Rusiya TRİPP layihəsindən (Zəngəzur dəhlizi) kənarda qaldıqdan sonra Ermənistandakı təsir imkanlarını qorumağa çalışır, xüsusilə enerji sektorunda.
Bu istiqamətdə Rusiyanın iki təsir rıçağı mövcuddur:
1. Ermənistanın neft-qaz təchizatı;
2. Nüvə enerjisinin idarə edilməsi – “Metsamor”un Rosatom tərəfindən istismarı;
Vaşinqton anlaşmalarından sonra Rusiyanın Ermənistanın enerji sektorundakı mövqeləri təhlükə altına düşdü.
Birincisi, Azərbaycan Ermənistan üçün neft-qaz təchizatında alternativ mənbə kimi önə çıxıb: Bakı artıq İrəvana yanacaq tədarükünü həyata keçirir və yekun sülh sazişindən sonra enerji sektorunda əməkdaşlığın inkişaf edəcəyi gözləniləndir, hətta elekterik enerjisinin təminatında da Azərbaycanın iştirakı arta bilər;
İkincisi, Ermənistanın nüvə enerjisi sektorunda ABŞ Rusiyanı sıxışdırır.
Vitse-prezident Ceyms Devid Vensin İrəvan səfəri zamanı ABŞ və Ermənistan arasında mülki nüvə əməkdaşlığı müqaviləsi imzalandı. Vens bəyan etdi ki, Ermənistanda mülki nüvə enerjisi sektoruna 9 milyard dollar sərmayə qoyacaqlar: “Bu, ABŞ-ın ilkin olaraq 5 milyard dollara qədər ixracını, eləcə də 4 milyard dollarlıq əlavə uzunmüddətli dəstəyini təmsil edir”.
ABŞ-la imzalanan müqavilə Ermənistanın uzun müddətdir müzakirə edilən “Metsamor” AES-i yeniləmək, yaxud yeni AES tikmək planını arxa fona keçirir, əvəzində modul nüvə elektrik stansiyalarına üstünlük qazandırır. Bu, həmçinin Rusiyanın mövcud AES-i yeniləmək, yaxud yenisini tikmək təkliflərinin da aktuallığını azaldır.
Moskva Vensin səfəri zamanı imzalanan müqavilədən narahatdır. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində bəyan edib ki, “Rosatom” Ermənistanda nüvə stansiyasının tikintisi layihəsini mümkün qədər tez həyata keçirməyə hazırdır. Qaluzin, “etibarlı, sınaqdan keçirilmiş texnologiyaların mövcudluğu, eləcə də maliyyə parametləri – tikinti, istismar və mütəxəssis təlimi və yenidən hazırlıq ehtiyacı baxımından heç bir alternativ yoxdur” deməklə İrəvana Vaşinqtonun təklifinin effektiv olmayacağı mesajını da çatdırıb.
Rusiya Ermənistanın nüvə enerjisi sektorunda qalmasında israr edəcək, lakin Paşinyan seçkidə Kremlə bağlı qüvvələrin təsirini azalda və güclü qələbə ilə çıxarsa, bütün sahələrdə Moskvadan asılılığını aradan qaldırmaq addımlarını sürətləndirə bilər. Zəngəzur dəhlizinin açılmasından sonra regional kommunikasiyanın bərpası Ermənistanın siyasi oriyentasiyasını dəyişmək imkanlarını genişləndirəcək.
Asif Nərimanlı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)




















