Nida Təhlil
ANCA sifariş etdi, satqınlar hərəkətə keçdi – Vaşinqton təxribatının detalları
Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak edən Prezident İlham Əliyevin qaldığı hotelin yaxınlığında bir qrup təxribata cəhd edib. Yayılan videolarda təxribatçı qrupun qeyri-etik ifadələr işlətdiyi və təhlükəsizlik perimetrini zorakı formada pozmağa cəhd etdiyi görünür. Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi tərəfindən təxribatın qarşısı alındı.
Təxribat cəhdi edənlər hadisədən sonra Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları haqqında yalan iddialar səsləndirir, özlərinin “zorakılığa məruz qaldığını” iddia edirlər. Hərçənd, onların davranışları ABŞ-ın təhlükəsizlik qaydalarının pozulması idi. Bunu hadisə yerində olan ABŞ polisi də bildirir. Təxribatçılar amerikalı polisə “hücuma məruz qaldıqlarını” deyirlər, polis isə cavabında “biz sizin nə etdiyinizi gördük”, deyir. Söhbət təxribatçıların təhlükəsizlik perimetrini pozması, ABŞ təhlükəsizlik qüvvələri tərəfindən müəyyən olunan zolağı keçməyə cəhd göstərməsindən gedir. Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları da təxribatçıların təhlükəsizlik zolağına daxil olmaq cəhdinin qarşısını alıblar.
Əslində təxribatçıların məqsədi də məhz bu idi: qeyri-etik ifadələrlə və təhlükəsizlik perimetrini keçmək cəhdi ilə qarşı tərəfi – Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşlarını - qarşıdurmaya təhrik etmək, baş verənləri videolentə alaraq tirajlamaq, Azərbaycana qarşı beynəlxalq müstəvidə mənfi rəy yaratmaq.
Məqsədyönlü şəkildə həyata keçirilən planın icraçıları təxribat qrupunda iştirak edən azərbaycanlılar olsa da, sifarişçilərin kimliyi qısa müddətdə ortaya çıxdı.
- Baş verənlərə ilk reaksiyanı Amerika Erməniləri Milli Komitəsi (ANCA) verdi: təşkilat təxribatçıları müdafiə edir, baş verənlərə görə Azərbaycan rəhbərliyinə qarşı ittiham irəli sürür;
- ANCA-nın proqramlar üzrə direktoru Aleks Qalitsk dərhal “X” hesabında “Əliyevin təhlükəsizlik qüvvələri etirazçılara hücum edərkən, Azərbaycan rejimi öz zülmünü Vaşinqtona gətirib” paylaşımını edib;
- ANCA-dan sonra erməni lobbisinin fəal üzvlərindən olan, Azərbaycana qarşı düşmənçiliyi ilə tanınmış konqresmen Frenk Pallone hərəkətə keçdi, təxribatçıları müdafiə edən mövqe sərgilədi;
Məlum 907-ci düzəlişin müəlliflərindən olan Pallone siyasi karyerası boyunca erməni mövqeyindən çıxış edib. 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyi üçün rəsmi Bakı tərəfindən “qara siyahı”ya salınıb. 44 günlük müharibədən sonra Xankəndidəki separatizmin müdafiəsi işini həyata keçirib. Qarabağda separatizmin ləğvindən sonra da eyni işi görüb: “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” aktını, eləcə də, COP29 ərəfəsində Bakıya sanksiya çağırışı edən 60 amerikalı qanunvericinin imzaladığı müraciəti hazırlayıb. F.Pallone erməni diasporundan rüşvət aldığı isbatlanan Bob Menendezin missiyasını icra edir. Şübhəsiz ki, onun da Menendez kimi, anti-Azərbaycan fəaliyyətini ermənilər maliyyələşdirilir.
Erməni diasporu/lobbisi və anti-milli ünsürlərin birləşdiyi şəbəkənin təxribat cəhdlərinin konkret siyasi hədəfləri var. ABŞ-Azərbaycan münasibətlərinin strateji səviyyəyə yüksəlməsi, Prezident İlham Əliyevin Vaşinqtonda Prezident Donald Tramp tərəfindən yüksək səviyyədə qarşılanması erməni diasporu/lobbisinin mövqelərinə ciddi zərbə vurur. Görünür, erməni diasporu anti-milli ünsürləri hərəkətə keçirməklə Azərbaycan rəhbərliyi ilə bağlı mənfi rəy yarada, bununla Bakı-Vaşinqton münasibətlərini poza biləcəklərini düşünürlər. Lakin bu təxribat cəhdlərinin qarşısı qətiyyətlə alındı.
Asif Nərimanlı
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var













.jpg)





















