Nida Təhlil
Xəzərdən Avropaya: Azərbaycan Türk dünyasının tranzit mərkəzinə çevrilir
“Azərbaycan Asiya ilə Avropanı birləşdirən əsas ticarət magistrallarına nəzarət etməklə yanaşı, bu istiqamətdə əsas operatorlardan biri kimi çıxış edir. Xəzər üzərindən Türkiyə istiqamətinə uzanan marşrutlarla yanaşı, eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından və qurucularından biriyik”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı Razi Abasbəyli bildirdi. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatında (TDT) Azərbaycan regionda sülhün təmin olunmasında əsas rol oynayır.
“Bu, kifayət qədər böyükmiqyaslı bir layihədir. Bu layihə çərçivəsində xüsusilə Azərbaycan və Türkiyə inteqrasiyanın və əməkdaşlığın gücləndirilməsi istiqamətində daha çox səy göstərirlər. Xüsusilə bu proseslər fonunda Ermənistanın da Azərbaycanla razılaşmağa maraqlı olması vacibdir. Çünki Xəzər üzərindən daşınan əsas yüklər Asiya regionundan gələrək Azərbaycan ərazisindən keçəcək və Ermənistanın da bu tranzit magistralından kənarda qalmaması, Zəngəzur xətti vasitəsilə Türkiyə və Avropa ölkələrinə çıxış əldə etməsi mümkün olacaq.
Prosesin başlanmasında maraqlı olan əsas tərəflərdən biri də Ermənistan və Asiya ölkələridir. Çünki bu proseslər Ermənistan üçün də iqtisadi baxımdan əlverişli mərhələnin və böyük gəlir imkanlarının formalaşması deməkdir. Həmçinin Asiya ölkələrinin Avropa bazarlarına birbaşa çıxışı baxımından məhz bu magistrallar həm təhlükəsiz, həm də əlverişli marşrutlar hesab olunur”, - deyə Razi Abasbəyli qeyd etdi.

Ekspert vurğuladı ki, istənilən iqtisadi layihədə ilk növbədə təhlükəsizlik məsələsi ön plandadır:
“Təhlükəsizlik həm ərazilərdə, həm dövlətlərdə, həm də regionda investisiyaların cəlb olunmasına və iqtisadi maraqların təmin edilməsinə şərait yaradan əsas amillərdən biridir. Hazırda Azərbaycanda və Ermənistanda hakimiyyətlər regionda sülh prosesinin bərqərar olması üçün müəyyən səylər göstərirlər və bu istiqamətdə addımlar atılır.
Eyni zamanda, Türk dövlətləri də Azərbaycan və Ermənistan arasında sülhün daha da möhkəmləndirilməsində maraqlıdırlar. Sülh tam bərqərar olarsa, bu, böyük bir regionun Asiyanın türk dövlətləri ilə Avropanın türk dövlətlərini daha sıx birləşdirməsinə və iqtisadi baxımdan nəhəng bazarın formalaşmasına gətirib çıxara bilər”.
R.Abasbəylinin sözlərinə görə, bu bazarın formalaşmasında maraqlı olmayan tərəflər təhlükəsizlik problemləri yaratmağa çalışırlar:
“Əsasən də Ermənistan və Azərbaycan arasında sülh prosesinin ləngiməsində, bu prosesin baş tutmamasında maraqlı olan və buna çalışan bir sıra dövlətlər mövcuddur. Buna baxmayaraq, son zamanlar Türk Dövlətləri Təşkilatında (TDT) aparılan intensiv əməkdaşlıq danışıqları, ortaq tədbirlərin tez-tez keçirilməsi, əməkdaşlığın daha da sıxlaşdırılması və yeni layihələrə fokuslanma, xüsusilə də Türk dövlətlərinin ortaya qoyduğu vahid iradə bu prosesin ləngiməsinin qarşısını alır.
Bu prosesin reallaşmasında ABŞ da maraqlıdır. Maraqlı dövlətlər arasında dünyanın iri və inkişaf etmiş ölkələrinin olması Azərbaycan üçün xarici siyasət baxımından əlavə üstünlüklər yaradır. Bu üstünlüklərdən istifadə etməklə Türkiyə, Azərbaycan və Asiyanın türk dövlətləri birgə həmrəylik nümayiş etdirir, güclü və qətiyyətli iradə ortaya qoyurlar. Düşünürəm ki, bu prosesin qarşısını almaq mümkün olmayacaq. Yaxın dövrlərdə biz bunun real iqtisadi nəticələrini müşahidə edəcəyik”.
Müəllif: Roza Şəfiyeva
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub













.jpg)

.jpg)



















.jpg)



