Nida Təhlil
Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
İsrailin baş naziri Benyamin Netanyahunun BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi Türkiyə mediasında mahiyyəti təhrif olunmuş formada təqdim edilir.
- “BMT-də diqqətçəkən görüntü: hər kəs çıxdı, Azərbaycan qaldı”;
- “Heyətlər bir-bir çıxdı, yalnız Azərbaycan təmsilçisi Netanyahunu dinlədi”;
- “Qardaşımız” dediyimiz Azərbaycan Netanyahunu dinlədi”;
- “Azərbaycan: BMT-də böyük məyusluq yaradan ölkə”.
Türkiyə mediası məsələni “Netanyahunu sanki yalnız azərbaycanlı diplomat dinləyib” formasında göstərsə də, zalda Qazaxıstan da daxil olmaqla 40-a yaxın ölkənin təmsilçisi olub. Buna rəğmən, Azərbaycanın üzərinə fokuslanmaları təsadüfi deyil. Çünki Türkiyədə İsrail-Fələstin məsələsindən Bakıya qarşı istifadə etməyə çalışanlar var və həmişə olduğu kimi, bu dəfə də media resurslarında, sosial media platformalarında anti-Azərbaycan kampaniyası aparırlar.
Azərbaycan diplomatının zalı tərk edib-etməməsi, ümumiyyətlə BMT-də kimi dinləməsi və İsraillə münasibətlər rəsmi Bakının daxili məsələsidir. Türkiyə mediasında bunu Azərbaycana qarşı kampaniyaya çevirmək cəhdi isə Bakı-Ankara xəttində çatların yaranmasına, iki ölkənin ictimai rəyini manipulyasiya etməyə hesablanmış addımdır. Bu da ən çox İsrailin və İranın marağına uyğun gəlir.
Türkiyədə Azərbaycana qarşı hər fürsətdə eyni iddialarla kampaniya aparan, bununla Bakı-Ankara münasibətlərinin pozulmasına çalışanlarla bağlı şübhəli sual önə çıxır: bu qüvvələr həqiqətənmi Fələstin davası aparır, yoxsa İranın və ya İsrailin marağına uyğun hərəkət edirlər?! Bunu müəyyənləşdirmək rəsmi Ankaranın daxili məsələsidir.
Asif Nərimanlı
-
Nida Təhlil 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi






.jpg)








.jpg)




















