YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
Bizi izləyin

Nida Təhlil

YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru

YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru

Yeni Azərbaycan Partiyasının (YAP) yaranması müasir Azərbaycanın siyasi tarixinin ən mühüm hadisələrindən biridir. YAP 1992-ci ilin 21 noyabrında yaradılanda Azərbaycan parçalanma təhlükəsi ilə üzləşmişdi, torpaqlarımız ard-arda işğal edilirdi. Cəbhədə müharibənin getdiyi vaxt Bakıda hakimiyyət davası aparılırdı. Yeganə xilas yolu milli insanların siyasi fəaliyyətə başlaması idi. YAP-ın yaranması bu zərurətdən ortaya çıxmışdı.

1992-ci ilin 16 oktyabrında 91 ziyalı ulu öndər Heydər Əliyevə müraciət edərək, yeni siyasi partiyanın yaradılmasını və onun rəhbərliyinə keçməsini təklif etdi. Heydər Əliyev oktyabrın 24-də bu müraciətə müsbət cavab verdi. Bir ay sonra – noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Partiya ilk dövrdə müxalifət siyasi qüvvəsi kimi fəaliyyət göstərsə də, qısa müddətdə ölkənin siyasi həyatında əsas qüvvələrdən birinə çevrildi. YAP-ın əsas ideyaları dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, siyasi sabitliyin təmin edilməsi və Azərbaycanın inkişaf etdirilməsi üzərində quruldu.

Ölkənin xilasının yeganə yolu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı idi. Bu, 1993-cü ilin 15 iyununda baş verdi və Azərbaycan tarixinə Qurtuluş günü olaraq keçdi. Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşməsinə əsas yaratdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində sabitliyin yaradılması, iqtisadi vəziyyətin yaxşılaşdırılması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində yeni siyasət həyata keçirilməyə başladı. Dahi lider müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 illik zaman kəsimində 100 illik zaman kəsiminə sığacaq işlər gördü və ən əsası Azərbaycanda dövlətçilik ənənəsini formalaşdırdı.

2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ilə Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun yeni mərhələsi başladı. İlham Əliyev bu siyasətin əsas istiqamətlərini davam etdirməklə yanaşı, Azərbaycanın qarşısında duran yeni vəzifələrə uyğun olaraq müxtəlif sahələrdə yeni layihələr və islahatlar həyata keçirdi. Bu dövrdə Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi, enerji layihələrinin inkişaf etdirilməsi, ordu quruculuğunun gücləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi əsas istiqamətlər sırasında oldu. Torpaqlarımızın azad edilməsi Prezident İlham Əliyevin əsas hədəfi idi və tarixi zəfərlə buna nail oldu.

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı zamanı səsləndirdiyi fikirlər həm partiyanın, həm də Azərbaycanın keçdiyi yolun təhlili, eləcə də gələcəyi ilə bağlı böyük əhəmiyyət kəsb edir.

YAP-ın yaranmasından danışan dövlət başçısı bunun Azərbaycanın gələcək siyasi kursunun formalaşmasının başlanğıcı olduğunu bildirdi. Çünki həmin dövrdə Azərbaycan idarəolunmaz vəziyyətə düşmüşdü və ulu öndər Heydər Əliyevin ətrafında siyasi qüvvələrin birləşməsi cəmiyyətin tələbi idi. Qarabağdakı sonrakı qələbələrin başlanğıcı da YAP-ın təsis qurultayı və Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır.

Prezident 2020-ci il 44 günlük müharibəni və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpasını iki əsas tarixi mərhələ olduğunu bəyan etdi. Dövlət başçısı torpaqlarımızın azad edilməsindən sonra ideoloji işin yeni mərhələyə keçməsinə də diqqət çəkdi və mühüm mesajlar verdi.

- Qarabağ Zəfərindən sonra yeni nəsildə dövlətçilik düşüncəsi gücləndirilməlidir;
- Milli birlik qorunmalıdır;
- Yeni geosiyasi şəraitə uyğun ideoloji fəaliyyət aparılmalıdır;
- Dövlətçilik və milli maraqlar ətrafında cəmiyyətin həmrəyliyi saxlanmalıdır.

Bu, Azərbaycanın gələcəyi, xüsusilə ideoloji istiqamətdə görüləcək işlərlə bağlı ”yol xəritəsi” hesab oluna bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm