Azərbaycanı yeni uğurlar gözləyir - Prezidentdən YAP Qurultayında ƏSAS MESAJ
Bizi izləyin

Nida Təhlil

Azərbaycanı yeni uğurlar gözləyir - Prezidentdən YAP Qurultayında ƏSAS MESAJ

Azərbaycanı yeni uğurlar gözləyir - Prezidentdən YAP Qurultayında ƏSAS MESAJ

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərindən, ölkənin iqtisadi və siyasi gücünün artmasından, ərazi bütövlüyü və suverenliyinin bərpasından, qarşıda duran əsas vəzifələrdən danışıb. Dövlət başçısı çıxışında Azərbaycanın gələcək inkişafı, iqtisadi potensialın daha da gücləndirilməsi və yeni strateji hədəflərin həyata keçirilməsi ilə bağlı mühüm mesajlar səsləndirib.

Publika.az mövzu ilə bağlı millət vəkili Vüqar Bayramovun fikirlərini öyrənib.

Deputat bildirdi ki, Azərbaycan 30 illik tarixində həm iqtisadi, həm də siyasi sahədə ciddi uğurlara imza atıb:

“Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub, eyni zamanda iqtisadiyyat ciddi şəkildə böyüyüb. Yalnız Azərbaycan dövlət büdcəsində artım 50 dəfədən çox olub. Eyni zamanda, ÜDM real ifadədə 5 dəfəyə yaxın artıb.

Əslində, bunlar onu göstərir ki, bir tərəfdən iqtisadi potensialın artması, digər tərəfdən isə siyasi, eləcə də geosiyasi sahədə qəbul edilən qərarlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə imkan yaradıb.

Təbii ki, bu uğurların memarı Ulu Öndər Heydər Əliyevdir. Bu gün də hərtərəfli və sistemli şəkildə inkişaf strategiyası həyata keçirilir. Və bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və həyata keçirilir”.

V.Bayramov qeyd etdi ki, iqtisadiyyatın inkişafı Azərbaycanın hərbi gücünün artırılması üçün də mühüm zəmin formalaşdırıb:

“İqtisadiyyatın inkişafı hərbi gücümüzün artırılması üçün zəmin formalaşdırdı. Eyni zamanda, hərbi sahədə aparılan islahatlar, eləcə də idarəetmənin ciddi şəkildə gücləndirilməsi və bu sahədə yeni texnologiyaların tətbiq edilməsi bütövlükdə Azərbaycanın müdafiə və hərbi gücünün kəskin şəkildə artmasına gətirib çıxardı”.

Deputat vurğuladı ki, bir-biri ilə bağlı və sistemli şəkildə həyata keçirilən strategiya Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan güclənməsinə imkan yaradıb.

“Bir-birinə bağlı olan və sistemli şəkildə əlaqəli şəkildə həyata keçirilən bu strategiya Azərbaycanı iqtisadi baxımdan da gücləndirdi və MDB miqyasında konfliktlərə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkəyə çevirdi”, - deyə o bildirdi.

V.Bayramov sonda əlavə etdi ki, iqtisadi potensialın daha da gücləndirilməsi və iqtisadiyyatın innovativ ekosistemə transformasiyası Azərbaycanın növbəti mərhələdə də yeni uğurlara imza atmasına şərait yaradacaq.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm