Nida Xəbər
Səfirimiz İtaliya mediasına Qarabağ və Xocalı ilə bağlı müsahibə verdi
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Xocalı
soyqırımının 25-ci ildönümü ilə bağlı bu ölkənin “Agenparl” xəbər
agentliyinə müsahibə verib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə,
M.Əhmədzadə agentliyin
Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə
dair ölkəmizin mövqeyi, habelə gələn il İtaliyanın ATƏT-ə
sədrilyindən gözləntilərlə bağlı sualları cavablandırıb.
M. Əhmədzadə Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc
azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb: “Bir
azərbaycanlı kimi baş verənləri bu gün xatırlamaq bir sıra
səbəblərdən çox ağrılıdır. İlk öncə ona görə ki, qətlə yetirilənlər
dinc sakinlər olublar və onların yeganə günahı azərbaycanlı
olmaları idi. Bu, mənim xalqıma qarşı etnik təmizləmə idi. Bu
faciədən sağ qalmış azsaylı şahidlərin xatirələrini oxuduqda
onların məruz qaldığı vəhşiliklər və işgəncələrin qarşısında söz
tapmaq olmur. İkincisi ona görə ağrılıdır ki, Xocalı soyqırımı
ayrılıqda baş vermiş bir hadisə deyil, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün ən ağrılı anıdır və bu təcavüz indiyə qədər
də davam edir”.
Səfir qeyd edib ki, Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ və
ətraf yeddi rayon olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərinin 20 faizini işğal edib.
Həmçinin, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş 1
milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz əzəli
torpaqlarına qaytımaqdan məhrum olduğunu bildirib.
“Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün
bəşəriyyətə qarşı yönəlib. Buna görə də beynəlxalq ictimaiyyət
tərəfindən lazımi hüquqi və siyasi qiymət verilərək
pislənilməlidir. Əks halda, cəzasız qalan cinayətlər yeni
cinayətlərə yol açacaq. Beynəlxalq ictimaiyyətin bu məsələyə dair
qəti mövqeyi Ermənistanın Xocalı soyqırımı ilə bağlı öz inkarçı
mövqeyindən və Azərbaycana qarşı hərbi işğaldan əl çəkməsi üçün
önəmlidir. Bunun üçün, hər şeydən öncə, Xocalıda baş verənlərə dair
beynəlxalq səviyyədə daha geniş məlumatlandırma vacibdir”.
Səfir bu il Xocalı soyqırımının 25-ci ildönümünün İtaliyanın
müxtəlif şəhərlərində çoxsaylı tədbirlərlə qeyd ediləcəyini, Romada
20 fevral tarixində italyan musiqiçilərinin və aktyorlarının
ifasında ədəbi-musiqili tamaşanın nümayiş etdiriləcəyini
bildirib.
Diplomat Azərbaycanın hərbi təcavüzün qurbanı olduğunu, beynəlxalq hüququn tam şəkildə Azərbaycanın tərəfində olduğunu, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin ölkəmizin mövqeyi ilə üst-üstə düşdüyünü, lakin onların heç birinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb.
Diplomat əlavə edib ki, Ermənistan ordusunun Azərbaycanın işğal
altında olan ərazilərində qalması münaqişənin nizamlanmasına ən
böyük maneə və regionda sülhə təhdiddir: “Hazırkı status-kvo
dəyişməli, Ermənistan ordusu işğal olunmuş bütün ərazilərdən
çıxmalı, ölkəmin ərazi bütövlüyü bərpa olunmalı, bütün azərbaycanlı
qaçqın və məcburi köçkünlər, o cümlədən Dağlıq Qarabağdan
qovulmuşlar, öz evlərinə qayıtmalıdırlar. Bundan sonra, yalnız
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa erməni və
azərbaycanlı icmalarının sülh içində birgə yaşayışını təmin edəcək
mümkün ən yüksək muxtariyyət statusu nəzərdən keçirilə bilər. Bu,
münaqişənin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş
sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Helsinki Yekun
Aktına uyğun yeganə həlli yoludur. Azərbaycanın BMT Nizamnaməsinin
51-ci maddəsinə istinad edərək, öz ərazi bütövlüyünü bərpa etmək
hüququna hər zaman malik olsa da, münaqişənin sülh yolu ilə
həllinin tərəfdarıdır. Buna görə də ölkəmiz uzun illərdir ki,
ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara sadiq qalır,
lakin Ermənistanın destruktiv fəaliyyəti nəticəsində bu danışıqlar
nəticə vermir. Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə
barışmayacaqdır və öz suverenliyini və ərazi bütövlüyünü bərpa
etmək üçün bütün mümkün imkanlardan istifadə edəcəkdir. Ermənistan
anlamalıdır ki, vaxt onun xeyrinə işləmir və hər gün imkanlar
itirməkdədir. Ermənistanın öz işğalçı siyasətindən əl çəkməsi
regionda sülhü təmin edəcək, habelə bu ölkənin qarşılaşdığı ağır
iqtisadi və sosial problemlərin həllinə yardım göstərəcəkdir”.
Azərbaycan diplomatı İtaliyanın Minsk qrupunun ilk sədri olduğunu
və vaxtilə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş
ərazilərdən çıxarılması planını da təqdim etdiyini, təəssüf ki, çox
illər keçsə də vəziyyətin dəyişmədiyini və Ermənistan silahlı
qüvvələrinin hələ də işğal olunmuş ərazilərdə qaldığını
bildirib.
“İtaliyanın rəhbər şəxsləri dəfələrlə bəyan ediblər ki, ATƏT-in
növbəti sədri kimi İtaliya münaqişənin həllinin tapılması
istiqamətində öz səylərini əsirgəməyəcəkdir. Bunları nəzərə alaraq,
İtaliyanın sədrliyinin münaqişənin həllinə töhfə verəcəyini
gözləyirik və münaqişənin həlli status-kvonun dəyişməsindən keçir
ki, bunun üçün də ilk növbədə Ermənistan silahlı qüvvələri
Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır”, deyə diplomat
fikirlərini tamamlanıbdır”, - deyə səfir vurğulayıb.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO