Nida Xəbər
Azay Quliyev Ermənistanı barbar və vəhşi adlandırdı - ATƏT PA-da müzakirə - VİDEO
ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli
Məclisin deputatı Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı
illik sessiyasında çıxış edərək, Ermənistan silahlı qüvvələrinin
atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində
dinc sakinlərin qətlə yetirilməsi faktını sərt tənqid edib və həlak
olanların ailələrinə başsağlığı verib.
Publika.az xəbər verir ki, Azay Quliyev erməni silahlı
birləşmələrinin qəsdən mülki əhalini hədəfə alaraq iki günahsız
insanı - Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə
yetirdiyini açıqlayıb: “Bu Ermənistanın Azərbaycan xalqına qarşı
olan barbar və vəhşi hərəkətdir. ATƏT PA bu qəddar hücumları kəskin
şəkildə pisləməlidir. Münaqişələrdə belə halların baş verməsinə heç
vaxt icazə verməməliyik. Düşünürəm ki, bu hərəkət azərbaycanlı
mülki əhali qarşı olan qəsdən, məqsədli şəkildə törədilmiş
hücumdur. Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan
hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust
tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində
uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə
protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə
məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi
hücumları dayandırmaq üçün addım atmalıdır”.
A.Quliyev bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin
Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə
bağlı səssiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların
baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini
vurğulayıb.
Sessiyada qətlə yetirilən mülki şəxslər barədə XİN-in bəyanatı və
onların şəkilləri ATƏT PA-nın üzvlərinə paylanılıb.
Asif
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto







.jpg)





























