Nida Xəbər
Almaniyada yaşayan azərbaycanlılardan daha bir etiraz aksiyası - HANNOVERDƏ
Almaniyanın Hannover şəhərində Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlıları qətlə yetirməsi ilə bağlı etiraz mitinqi keçirilib. Aksiyada Hannover şəhərində yaşayan soydaşlarımız iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildiriblər ki, Hannover şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyəti və “Xəzər” Cəmiyyətinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzində baş tutan etiraz mitinqində Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
Aksiya iştirakçıları iyulun 4-də ermənilərin hərbi təxribatı zamanı qətlə yetirilmiş Allahverdiyeva Sahibə İdris qızı və Quliyeva Zəhra Elnur qızının fotoşəkillərini nümayiş etdirərək, Azərbaycanın minlərlə dinc sakininin Ermənistan silahlı qüvvələrinin atəşi altında yaşadığını vurğulayıblar.
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa11 Oktyabr 15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq










.jpg)



.jpg)


.jpg)
















.jpg)

